Könlümdə nə şandır, nə də ki, namü nişandır

Vikimənbə saytından
Könlümdə nə şandır, nə də ki, namü nişandır
Müəllif: Abbasqulu ağa Bakıxanov


Könlümdə nə şandır, nə də ki, namü nişandır,
Pəjmürda edən xatirimi muyi-miyandır.

Hərçənd ki, zülmündən usandım nə edim ki,
Bu dideyi-qəmdidə, yolunda nigərandır.

Heyrət çölü içrə özünü bax ki, itirmiş,
Bu namü nişandır, bu nə namdır nə də şandır?

Can zülməti içrə görərək abi-həyatı,
Bildik ki, ələ az düşəcək, vəhmü gümandır.

Bax hüsnü məhəbbətdə olan nazü niyazə,
Qaib və əyan içrə onun ruhu nihandır.

Hər kim ki, bu dünyada dalıb həşmətü cahə,
Söylə ona vaz keç ki, bu aləm güzərandır.

Xalində düşüb damə budur can quşu, Qüdsi,
Zənn etmə onu bənd eləyən zövqi cahandır.