Külək, məndən xəbər apar

Vikimənbə saytından
Külək, məndən xəbər apar
Müəllif: Şair Əbülfət
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

Sərin-sərin əsən külək,
Külək, məndən xəbər apar.
Diyar-diyar gəzən külək,
Külək, məndən xəbər apar.

Gözü yolda qalanlara,
Əhdə vəfa qılanlara,
Üzü haqqa olanlara
Külək, məndən xəbər apar.

Yalvarmaqdan gəldim cana,
Əbülfəti qoyma yana.
Götür kiçik bir nişana,
Külək, məndən xəbər apar.