Məzmuna keç

Kül yarpağı, o ləli-dirəxşanə oxşamaz

Vikimənbə saytından
Kül yarpağı, o ləli-dirəxşanə oxşamaz
Müəllif: Zikri Ərdəbili
Mənbə: Zikri Ərdəbili. Cənubi Azərbaycan Ədəbiyatı Antologiyası (az.). Bakı: "Azərbaycan". 1980. 1881-06-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1980-10-05.

Kül yarpağı, o ləli-dirəxşanə oxşamaz,
Bülbül fəqanı çəkdiyim əfqanə oxşamaz.

Vardır əgərçi sərvdə azadəlik,bəli,
Etsən xüram , o sərvi-xüramanə oxşamaz.

Gər sünblünü də var isə tabu təravəti,
Ol piçu tab zülfi-parişanə oxşamaz.

Gül yarpağı lətifdir, amma ki ,vəsfdə,
Gülbərk tək camalına ,cananə oxşamaz.

Nərgiz bəşərdə belə bəcavət görməyib,
Billah pəridi bu gözəl,insanə oxşamaz.

Bu candı bu lətafət ilə, ya bədəndi bu?
Verməz münasibət bədənə,canə oxşamaz.

Sordum ləbin həlavətini Xızırdan,dedi:
- Kövsər bulağı çeşmeyi-heyvanə oxşamaz.

Yusif əgər o hüsri-vəcahətə Misirdən-
Gəlsə,yəqin ki , bu gözəl insanə oxşamaz.

Bu Ərdəbil mülkidir,Zikri , gözəllərin-
Olmaz şəbini hüriyi qılmanə oxşamaz.