Kəşfül-Həqayiq/əl-Fatihə Surəsi
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
←Müqəddimə | Kəşfül-Həqayiq əl-Fatihə Surəsi (1904) Müəllif: Mirməhəmməd Kərim Bakuvi |
əl-Bəqərə Surəsi→ |
Həmçinin baxın: Haqqında • Mənbə: Kəşfül-Həqayiq. I cild. səh. 23-29. Bakı. 2014. ISBN: 978-9952-82-21-9-9 |
1-ci surədir. Məkkədə nazil olub,
Qurani-Şərifi hər dəfə oxuyanda birinci gərək - Əuzu billahi minəş-şeytanir-racim - deyib, ondan sonra Quran oxumağa başlamaq lazımdır və mənası da belədir: (أَعـوذُ) - yəni pənah aparıram, (بِاللهِ) – Allah-Təalaya, (مِنَ الشَّيْـطانِ الرَّجيـم) – Allah-Təalanın dərgahından qovulmuş şeytandan.
ِ1) (بِسْمِ اللَّهِ) – yəni Allah-Təalanın mübarək adı ilə başlayıram, (الرَّحْمَنِ) - elə bir Allah-Təala ki, onun rəhməti və neməti dünya və axirətdə məxluqata çatar. (Dünyada külli məxluqata, axi rətdə ancaq möminlərə və bu səbəbdən dua mə qamında belə deyilir: “Ey dünya və axirətdə mər həmət edən Rəhman!), (الرَّحِيمِ) - elə bir Allah-Təala ki, onun rəhmət və neməti dünyada heç kimə fərq qoymadan külli məxluqata çatar və bu səbəbdən dua məqamında deyilir: (ey dünyada mərhəmət edən!) Hərçənd Rəhim sözünün mənası Rəhman adının içində mövcuddur, lakin Allah-Təalanın neməti dünyada möminə çatan kimi, kafirə də, bəlkə, daha çox çatmasını təkidlə bildirməkdən ötrü bu qeyd olundu. Rəhman sözünün hərfləri Rəhimdən çox olduğu üçün mənasında da çoxluq var olundu. Rəhman adını Allah-Təaladan başqa, heç kimə demək olmaz. Amma Rəhim adını demək olar və hər iki ad bu məqamda məcazi olaraq nemət mənasında işlədilibdir. Çünki bu iki kəlmənin həqiqi mənaları qəlbə meyil və hüsni-rəğbəti ehtiva edir. Allah-Təala bu sifətdən uzaq olduğu üçün məcazi mənasında verilib).
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ (۲) الرَّحْمَنِ الرَّحِيمِ (۳) مَالِكِ يَوْمِ الدِّينِ (٤) إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ (۵) اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ (٦))
2) (الْحَمْدُ لِلَّهِ) - bütün təriflər və gözəl sifətlər Allah-Təala üçündür. Allah-Təaladan başqa, heç kimə layiq bir tərif deyildir. (رَبِّ الْعَالَمِينَ) Allah- Təala bütün məxluqata və varlığa sahib və onlara tərbiyə verəndir. Ona görə, hər bir şəxsin halına münasib dünyada onun üçün güzəran təyin edibdir.
3) (الرَّحْمَنِ الرَّحِيمِ) - mənaları daha əvvəl bəyan edildi. Yenidən qeyd etməyə ehtiyac yoxdur.
4) (مَالِكِ يَوْمِ الدِّينِ) - qiyamət gününün sahibi Allah-Təaladır, o gündə hər bir şəxsə öz əməlinin cəzasını verər. (Dünyada yaxşı əməl sahibinə mükafat və pis əməl sahibinə cəza verər). Keçən bu dörd ayə tərif və həmd üçündür. Bundan sonra gələn ayələr bəndə tərəfindən Allah-Təalaya niyaz ərz etmək, hər bir işdə yardım və haqq yola hidayət etməsini istəmək üçündür.
ُ5) (يَّاكَ نَعْبُدُ) – son dərəcə itaət və zillətlə ancaq sənə ibadət edib, ibad ətimizi ancaq sənə məxsus eləyib, səndən başqasını ibadətimizdə sənə şərik qoşmarıq. (Nə gözəl sözdür, həqiqətən də bir Allah ki, bizim ölməyimiz və dirilməyimiz onun qüdrətli əlində olsun, O, əlbəttə, ibadətə layiqdir, Ondan başqası layiq deyildir). (وَإِيَّاكَ نَسْتَعِينُ) - ancaq səndən kömək istəyirik, bütün işlərimizdə səndən başqasından kömək istəmirik.
6) (اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ) - bizi düz yola hidayət et və o yolda bizi sabit elə. Ta ki o yoldan kənar olmayaq. (İslam dini üzrə bizi sabit və bərqərar et. Namaz qılanlar 5 vaxt namazda bu duanı edib, islamda sabit olmağı Allah- Təaladan xahiş edirlər. Amma onların çoxunda müsəlman xüsusiyyətlərindən heç biri olmayıb, dualarında yalançı, batində islamdan çıxmış olurlar).
صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ (۷
7) (صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ) - bizi o şəxslərin yolunda bərqərar et ki, islama daxil olub, sabit olmaqda onlara nemət bəxş eləyibsən. (عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ) - o şəxslərin yolu olsun ki, onlar qəzəb olunan şəxslərdən olmasınlar. (Çünki qəzəb olunan şəxslər Allah-Təalaya asi olub, Onun yolundan kənar olanlardır. Bizə islamda o yol lazımdır ki, iman əhli o yolu gedib). (وَلَا الضَّالِّينَ) – asi şəxslərin də yolu olmasın ki, əsla hidayət tapmayıb həmişəlik zəlalətdə olmasınlar.