Kəşfül-Həqayiq/Təfsir Haqqında
←Məhəmməd Kərim Bakuvinin Həyatı | Kəşfül-Həqayiq Təfsir Haqqında (2014) |
Ön Söz→ |
Həmçinin baxın: Haqqında • Mənbə: Kəşfül-Həqayiq. I cild. səh. 9-12. Bakı. 2014. ISBN: 978-9952-82-21-9-9 |
Quran elmləri arasında təfsir, ən geniş sahədir. İlahi kəlamın
izah və açıqlanması Həzrət Peyğəmbərdən (s.ə.s) başlayaraq bu
günə qədər davam etmişdir. Bu məqsədlə Quran tarixinə külli
miqdarda ədəbiyyat daxil olmuşdur. Təbii olaraq, yazılan bu təfsir
lərin əksəriyyəti ərəb dilində, bir qismi isə osmanlıca və fars
dilində yazılmışdı.
Ərəb dilində təfsirlərin başa düşülməsinin çətinliyi səbəbilə müsəlmanların öz dilində oxuyub anlayacaq sadə bir təfsirə ehtiyac var idi. Məhəmməd Kərim Bakuvi belə bir əsər qələmə alaraq, azərbaycan türkcəsində ilk təfsiri ərsəyə gətirdi.
Təfsirin “Kəşfül-Həqayiq an Nukətil-Ayəti vəd-Dəqayiq / Ayələr və keyfiyyətlərinin incəlikləri haqqında həqiqətlərin kəşfi” adından da görüldüyü kimi əsas məqsəd xalqın Quranın izah və hökmləri nə diq qətlə baxıb görməsini təmin etmək, Quranın mə na sının asan an laşılması və uca qayəsindən həzz alınmasına xid mət etmək idi.
Hər təfsirin özünə xas metod və xüsusiyyətləri vardır. Məhəm məd Kərim Bakuvinin bu əsəri, təfsir üsulu baxımından zən gin möhtəvaya sahib bir əsərdir. Bu baxımdan rəvayət təfsiri yö nündən əsərin metodu haqda aşağıdakıları sadalamaq olar; Müəllif, ayələrin nazil olma səbəbləri və hikmətləri baxı mından tarixi hadisələrə aid rəvayətlərə geniş toxunaraq, zəif rəvayətləri rədd edir, bəzi müfəssirləri tənqid edir, ehtiyac olmayan izahlardan uzaq durmağa çalışırdı.
Quranın Quranla təfsiri müfəssirlərin əksəriyyəti tərəfindən istifadə edilmiş bir metoddur. Quranın bir yerindəki ayənin izahı və anlaşılması üçün başqa bir yerdə keçən ayə vardırsa və ya bir yerdəki mövzu başqa bir yerdə daha geniş əks etdirilmişdirsə bu ayələri yanaşı təfsir etmək və biri ilə digərini aydınlaşdırmaq təfsir eimində ən məqsədəuyğun yol hesab edilmişdir.
Bakuvi də bu metoda böyük əhəmiyyət vermiş, bir ayəni daha açıq başqa bir ayə ilə, eyni zamanda bir ayəni başqa bir ayə ilə ancaq ləfzi yox yalnız mənası ilə təfsir etmişdir.
Quranın sünnə ilə təfsirində ayələrin Həzrət Peyğəmbər əleyhis-salamın sünnəsi möhtəvasında izahı geniş yer tutur. Müfəssir təfsirdə müxtəlif hədis qaynaqlarından, bəzən öz məzhəbi olan əhli-şiənin “mutunu-ərbəa” adlanan dörd hədis kitabından, bəzən də əhli-sünnə hədis qaynaqlarından təfərrüatı ilə istifadə etmişdir. Əsabələr və tabeundan gələn rəvayətlərə ehtiyacı qədər müraciət etmiş, ayələrin təfsir və izahlarında onların rəyi və rəvayətlərindən istifadə etmişdir. Onlardan ən çox müraciət edilənlər arasında Abdullah ibn Abbas, Həsən Bəsri, Həzrət Əli, Həzrət Cəfər Sadiq, Abdullah ibn Məsud, Mücahid, Qatadə və Süfyan ibn Üyeynəni sadalamaq olar.
Onu da qeyd etmək lazımdır ki, təfsirdə iki mövzu xaricində İsrailiyyətə rastlamaq mümkün deyildir.
Dirayət təfsiri yönündən isə əsərin metodu haqda aşağıdakıları sadalamaq olar;
Digər bir adı ilə “rəy” təfsiri adlanan bu metodda, ilahi kəlamın mənşəyi və işlənmə dairəsi baxımından leksikası, sözlərin hə qiqəti və məcazı, morfolojik və sintaktik cəhəti, arxaizmlərin incə təhlili, Bakuvinin sərf, nəhv və bəlağat elmindəki dərin peda qoji biliyi möhtəvasında əks etdirilmişdir.
Əhkam ayələrinin hökmlərə dəlaləti və istinbat dəyəri, onların nasix və mənsuxu, üsulid-din adlanan elmi-kəlam mövzularının təsviri, qiraət elimi və Quran tarixi təfsirin sistematik təh lil qaydaları arasında öz yerini qorumuşdur.
Müəllif, bəzi hallarda mövzuları müasir müstəvidə təhlil et mişdir. Vətən sevgisi, ictimai-siyasi idarənin insan üçün əhəmiyyəti, planetlərin ömrü məsələsində və isbat edilmiş elmi təd qiqatların Qurana ziddiyətinin mümkünsüzlüyü kimi mövzulara müasir prizmadan baxmışdır.
Elmin hər sahəsində olduğu kimi bu əsərdə də bir çox yeniliklər keçmiş biliklərin təməlləri əsasında qoyulmuşdur. “Kəşfül-Həqayiq” təfsiri də özlüyündə Quran təfsirləri arasında bu sahənin mötəbər qaynaqlarına istinad etmişdir. Zəməxşərinin (v. 1143) “Təfsiri-Kəşşaf”, Təbərsinin (v.1153) “Məcməul-Bəyan”, Fəxrəddin- Razinin (v.1209) “Təfsiri-Kəbir”, Əbus-Süud Əfəndinin (1574) “İrşadul-Əqlis-Səlim”, Əbu Məhəmməd Bəğavinin (v.1341) “Lübabüt-təvil fi məanit-tənzil” əsasında “əl-Xəzin Təfsiri”, Nəsəfinin (ö.1310) “Mədariküt-Tənzil və Həqaiqü-t-Təvil”, Qazi əl- Bəyzavinin (v.1286) “Ənvarüt-Tənzil”, İsmayıl Haqqı Bursəvinin (v.1724) “Ruhül-Bəyan” kimi təfsirlərindən istifadə edilmişdir. Mir Məhəmməd Kərimin hədis qaynaqlarından istifadəsinə gəlincə Bakuvi yuxarıda da qeyd edildiyi kimi həm Əhli-Sünnə, həm də İmamiyyə hədis ədəbiyyatından geniş istifadə edərək müdafiə etdiyi “İslam milləti” vəhdət məfkurəsinin nümunəvi timsalını özü təzahür etdirmiş, metodologiyasında əyani surətdə bunun mümkünlüyünü göstərmişdir. Buxaridən Kuleyniyə qədər bütün hədis qaynaqlarına müraciət etmişdir.
Təfsirin digər klassik təfsirlərdən fərqləndirən spesifik xü susiyyətləri də vardır. Bunlardan bəzilər belədir; Müəllifin “Furqan” surəsinin 39-cu ayəsində bəhs edilən “Rəss camaatı”nın Qafqazda, Araz çayı ətrafında yaşayan əhaliyə işarə etdiyini və Allahın onlara İsa ilə Məhəmməd peyğəmbər arasında Hanzala ibn Safvan adlı peyğəmbər göndərdiyini qeyd etməsidir (Kəşfül- Həqayiq, II/640). Yenə Bakuvi, “Bəqərə” surəsinin 102-ci ayəsində xalqa sehr öyrətdiyi qeyd edilən Harut və Marut adlı iki şəxsin mələk olduqlarını iddia etmənin doğru olmadığını, onların sehr elmini bilən iki padşah olduqlarını və xalqı imtahan etmək üçün onlara sehr elmini öyrətdiklərini qeyd edirdi (Kəşfül-Həqayiq, I/62). Bakuvi Quranda adları çəkilən cin, şeytan, mələk kimi ruha ni varlıqları da əqli, simvolik yollarla izah edir, onların bir çox yerdə insanlara işarə etdiyini, eyni zamanda Quranın bə dəvi ərəblərə onların öz adət etdiyi misallarla xitab etdiyini qeyd edirdi (Kəşfül-Həqayiq, I/186-7). Məqamu-Mahmudun Məkkə nin fət hi ilə bağlı mənası kimi bir çox təfsir və açıqlamalar onun özünə məxsus izah tərzi olduğunu göstərir.
Bununla yanaşı müfəssir alim, öz təfsiri ilə XX əsrin astanasında müsəlman ictimaiyyətinin yaralarını sarmağa, mə nəvi böh rana yol açan təfriqə, nifaq, cəhalət və xürafatın qarşısını almağa, müsəlmanları Quran həqiqətləri ətrafında sıx birləşməyə çağırırdı.
Bu minvalla ərsəyə gələn əsər 1904-cü ildə Hacı Zeynəlabidin Tağıyevin maddi vəsaiti ilə Tiflisdə “Kaspi” qəzetinin Buxariyyə mətbəəsində çap olundu.
İlk dəfə türk dilində, Azərbaycan türkcəsində nəşr olunan təfsirin şanı və şöhrəti bütün Türkistana yayıldı. Əsərinin nəşri is lam aləmində böyük əks-səda yaratmış, müəllifə böyük şöhrət qazandırmışdı. Müəllifə Türkmənistandan, Tatarıstandan, Gürcüstandan bir çox hədiyyələr, Özbəkistandan xələtlər, İrandan “Şiri-xurşid” medalı, Osmanlı dövlətindən isə ağ platindən 8 guşəli medal təqdim olunmuşdu. Təfsirin üç nüsxəsi 1907-ci ildə İstanbula göndərilmiş, Osmanlı padişahı II Abdulhəmidə Axund Yusif Talıbzadə tərəfindən şəxsən təqdim edilmişdir ki, bu haqda yazı sənədi hal-hazırda Başbakanlıq arxivi Osmanlı ilə Azərbaycan Xanlıqları münasibətlərinə dair arxiv sənədləri arasında (II/216-220 №76) saxlanılır.
İsmayıl bəy Qasprinski də “Tərcüman” qəzetinin 24 sentyabr 1904-cü il nömrəsində Bakuvi haqqında belə yazırdı: “Axund Mir Məhəmməd Kərim Əfəndi fikri açıq, elm və məlumatı bol bir zatdır. Ülumi-diniyyədə olan yədi-tula (geniş bilik), azərbaycan şiveyi-türkisində yazdığı təfsir müsbətdir”.