Məzmuna keç

Kəşfül-Həqayiq/Təqdimat

Vikimənbə saytından
Kəşfül-Həqayiq
Təqdimat
(2014)
Müəllif: Allahşükür Paşazadə
Məhəmməd Kərim Bakuvinin Həyatı
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Kəşfül-Həqayiq. I cild. səh. 4-5. Bakı. 2014. ISBN: 978-9952-82-21-9-9


Azərbaycan xalqının idealogiyasının və mənəviyyat fəlsəfəsinin təşəkkülündə din alimlərinin maarifçilik cərəyanı xüsusi yer tutur. Azərbaycan mənəvi-mədəni dəyərlər bazası məhz onların düşüncə və səyləri ilə formalaşmışdır. Milli dəyərlər və mənəvi ənənələrin birləşdirilməsi sayəsində təşəkkül tapan bu məfkurə universallığı ilə fərqlənən bir irsə çevrilmişdir.

XIX əsrdə ölkənin idealogiyasında maarifçilik fəlsəfəsinin art ması ictimai böhrandan çıxış yolunun xalqın maariflənmə sində görülməsinə təkan verdi. Bu dövrdə etnik varlığın qorunub saxlanması da əhəmiyyət kəsb edən bir amil olduğu üçün onun tərkib hissəsi olan dinin vəziyyəti maraq doğururdu. Xalqın di ni maariflənməyə olan ehtiyacı və maarifçi ideolqların dinə mü nasibətdə müxtəlif mövqedə olduğu bir şəraitdə bunun öhdə sindən gəlmək özlüyündə məsuliyyət tələb edən bir hala çev rilmişdi. Belə bir müəmmada, Quran həqiqətlərinin sadə bir dildə xalqa çatdırılması, onun fövqəlbəşər ecazının əks etdirilməsi, eyni zamanda maarif və inkişafın həm də bir Quran qayəsi olduğunu göstərmək vacib məsələ idi.

Elmi dünyagörüşünün formalaşmasında ensiklopedik biliyə malik, şəxsi elmi axtarışları, təmsil etdiyi Azərbaycan və Şərq mə dəniyyəti ictimai fikri və fəlsəfi ənənələri ilə tanışlığı mü hüm rol oynayan bir ziyalı kimi Mir Məhəmməd Kərim Bakuvi (1858- 1939) bu dövrə işıq tutacaq bir əsər nümayiş etdirdi. Bakuvi, Qurani-Kərimə yazdığı üç cildlik təfsiri “Kəşfül-Həqayiq an Nukətil-Ayəti vəd-Dəqayiq” əsəri ilə Azərbaycan mü səl manlarının öz dilində dini maariflənmə üçün mədəni inqilab sə viyyə sində bir fəaliyyətə imza atdı.

Söz yox ki, XX əsrə qədər Azərbaycan dilində yazılmış təfsir əsərlərinə rast gəlməsək də, Azərbaycan alimləri tərəfindən ya- zılmış ərəbcə təfsirlərə rast gəlmək mümkündür. Ağa Nemətullah Naxçıvani hələ XV əsrdə “Fəvatihul-İlahiyyə vəl-Məfa tihul-Ğaybiyyə” adlı təfsir yazmışdır. Bundan başqa İran, Os manlı və s. kimi müxtəlif ölkələrdə yaşayıb-yaradan alim lərimiz olmuşdur. Hərçənd Quranın Azərbaycan dilinə ilk tərcüməsinin Uzun Həsənin əmrilə edildiyi də bizə məlumdur. Ancaq bu tər cümə geniş xalq kütlələrinə mal olmamış, eyni zamanda Azər baycanda Quranı qaynağından öyrənmək imkanı ancaq ərəbcə mükəmməl bilənlərlə məhdud qalmışdır.

Bu səbəblədir ki, Bakuvinin “Kəşfül-Həqayiq”i, dövrün nöqsanları və ehtiyacları əsasında qələmə alınmış bir təfsir olaraq hər təbəqədən insanlara müraciət edən əsər kimi işıq üzü gördü. Qeyd etmək lazımdır ki, belə bir şəxsiyyətin dünyagörüşü və islami fikirləri Quranın tərcümə və təfsirinə əsaslanan bu əsərində lazımi səviyyədə əks etdirilərək ictimaiyyətə çatdırılmışdır. Onun bəzi Quran ayələrinə gətirdiyi sırf özünəməxsus izahları, ümumbəşəri problemlərin həllinə dair fikirləri, məzhəb anlaşmaz lıqlarının səbəbləri və çıxış yolları kimi birlik və vəhdət çağrı ları həm də müasir dövrün tələbidir.

Bu baxımdan Bakuvi təfsirinin müasir əlifba ilə yeni nəşri, tarixi və milli-mənəvi dəyərlər mənzuməsindən bir əsər olması cəhəti ilə tozlu rəflərindən götürülərək

Professor Şeyxülislam A. H. Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin
sədri