Məzmuna keç

Kəlləgöz

Vikimənbə saytından
Rəvayətlər. Kəlləgöz
Müəllif: Şifahi xalq ədəbiyyatı


Əndəmişdə bir kişi varıdı, İrza adında. Vırıp-tutan bir iyididi, çoxlu da düşmannarı varıdı. Bir gün bı İrza qalada gecəliyir. Gecə yarı görür ki, qapı döyüldü. Tez durup geyinir, beşatılanı götürüp gəlir qapıya, soruşur:

– Kimsən?

Qapını döyən deyir:

– Məni qonaq elə.

Deyir:

– Çəkil oyza açım qapını.

Aylı gecəymiş, İrza qapını açanda görür ki, qabağında bir bədheybət şey durur. Boy iki adam boyundadı, əlləri dizinə çatır. Təpəsində də bircə gözü var, düz alnının ortasında. İrza bını gülləyə tutur, vırıp öldürür. Səhərisi gün hay düşür, hamı gedip Kəlləgözün ölüsünə baxır. Mən də getmişdim. Gözümnən gördüm onu.

Mənbə

[redaktə]