Kəlməsin
Görünüş
Kəlməsin Müəllif: Aşıq Nəcəf Daşkəndli |
Oyandım yuxudan azan səsinə,
Təkrarladım "Allah, Əkbər" kəlməsin.
Allahın məsəli, -Əla Məhəmməd,
Rəsulu ol Əkrəm Muxtar kəlməsin.
Qulfəllahu Əhəd öyrəndim-dedim,
Həm Allahus Səməd öyrəndim-dedim.
İləm, vələm, yuləd öyrəndim-dedim,
Söylədim yet dada Qəhhar kəlməsin.
Aşıq Nəcəf haqdan umur mərhəmət,
O, Kərəm sahibi verəndi nüsrət.
Salmaram dilimdən Allah, Məhəmməd,
Həsən, Hüseyn, Fatma, Heydər kəlməsin.
Mənbə
[redaktə]- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.19