Məzmuna keç

Kərəm eylə (Qaracaoğlan)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Kərəm eylə (Qaracaoğlan)
Müəllif: Qaracaoğlan
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ala gözlərini sevdiyim dilbər,
Gəl bizim elləri gəz, kərəm eylə.
Neçə qulların var, gəzər qələmlə
Al məni dəftərə yaz, kərəm eylə.

İraqdır yolların, dolandım, gəldim,
Dadlıdır dillərin əyləndim qaldım,
Babalın boynuma, işdə mən öldüm,
Məzarım köksünə qaz, kərəm eylə.

Qaracaoğlan der ki, bir mahnı söylə
Əzəldən qalıbdır bu qanun boylə.
Edicək bir eyilik, vaxt ikən eylə
Ömür keçər, aman qız, kərəm eylə.