Məzmuna keç

Kərbəlayi Abdulla Canızadənin müxəmməsi

Vikimənbə saytından
Kərbəlayi Abdulla Canızadənin müxəmməsi
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Ey ki, zülmətgəhi-zülf içrə nurun misli-çiraq,

Məstü sərxoş gözünə qarşı yaman gözlər iraq,

Olmasın xaki-dərin guşeyi-çeşmindən uzaq,

Ləblərindən dəhənim dərdə dəva etdi soraq,

Söylədi ağzıma innabi-şəkər, sibbuxaq.


Baxdı mərdüm üzünə, saldı nəzərdən ayi,

Qıldı xəm şöhrəti-əbruyi-lətifın yayi,

Qədrü qiymətü lə’b-ləbin həmtayi,

Həvəsi-zülfı-siyahınla olub sövdayi,

Ki, çəkib məsəleyi-kakili-tərrarə daraq.


Görünür çöhrələrin lalə kimi gülgünü al,

Qoymadı al ilə ruyin görünə, oldu məhal,

Sürməni şux gözün fitnəyə saldı fılhal,

Qıldı izhari-şərəf Kə’beyi-rüxsardə hal,

Üzünü sərdi qədəmgahinə gülgünyənaq.


Kakilin şaxələnir zinəti-duş etmək üçün,

Xoş gəlir həlqeyi-ləb hərfi niyuş etmək üçün,

Dil dilər şərbəti-güftarım nuş etmək üçün,

Həlqədən vəsfi-binaguşunu guş etmək üçün,

Bəhr açdırdı sədəfdən düri-qəltanə qulaq.


Gül xitab etsə sənə qönçə ona eylər itab,

Qönçə kimdir ki, o qarşı üzünə verə cəvabı?

Baxsa mərdüm üzünə şərmdən olmazmı kəlab?

Nədir ayinə ki, kuyində səni eyliyə yab?

Əksi-rüxsarın ona olmuya mənada dayaq?


Düşsə ayinə müqabil, üzünə qılsa nəzər,

Ona üz vermə, nəzərdən sal onu şamü səhər,

Qazədən qoyma qala dövri-yanağında əsər,

Sürməvü vəsmə gözü qaşına meyl etsə əgər,

Sürməni sehrə salıb, vəsməyə et qaşüqəbaq.


Hüsnünə aşiqi-sadiq demə hər gümrahi,

Aşiq oldur, yaxa çərxi dili-atəşgahi,

İmtəhan eylə şəbi-hicrdə Abdullahi,

Şöleyi-ahinə gər yanmasa çərxin mahi,

Tiğ çək, başını kəs, şəm’ kimi atəşə yax.


Abdulla məktəbdə cavan çağlarında Mirzə Əziz adlı dostlarından birinə qələm yonan zaman belə demişdir:

Cavan Mirzənin qəmi ürəyimi qələm kimi yonur,

Onun eşq aləmi məni hər dəm bir sövdaya salır.

Minlərlə misirli Yusif dostumun qarşısında dayansa,

Ona deyərlər, ey Əziz, sən bizim mövlamızsan.


YENƏ DƏ

Bu zəmanədə ikiüzlü aşiq xoşdur,

Bir sifətli sadiq aşiq həmişə qəm çəkər.


YENƏ DƏ KƏRBƏLAYİ ABDULLADAN RÜBAİ

Gülüstanda əgər sərv ağacı əkilərsə,

Bağbanlar sulamalıdır.

Yarımın ayağında curabı olsa, nə eybi,

Ermənilərin suya “cur” dedikləri məşhurdur.


ABDULLANIN BEYTLƏRİ

Sorma, ey dil, ləblərindən kim, şəkərdir ya nəbat,

Qorxum ondandır ki, sorsan, bəlkə bu, qəndab ola.

Könül, müjgan oxundan qıl həzər, meyli-üzar etmə,

Gərək bir şəklilə mərdüm dolansın, qan olan yerdə.