Kaş ki, xəyal deyil, səni can, canlı görəydim
Görünüş
Kaş ki, xəyal deyil, səni can, canlı görəydim! (1996) Müəllif: RAUF CAVAD |
Kaş o gözəlliyə hər an toxuna biləydim,
Sevgisini qəlbimə, kaş toxuya biləydim.
Görməyə səni, yanına gəlmək istərdim,
Qucaqlayıb boynunu, kaş sarıla biləydim.
Sevgi dolu əllərindən, yar, öpmək dilərdim,
Gözlərinə baxıb dərin, baxışa biləydim.
Ağrıyan qəlbinə, yar, məlhəm olmaq istərdim,
Yanında qalıb, sevgində alışa biləydim.
Kaş sevgili yolunda dayaq, hünər olaydım,
Yarın qollarında, hər gün ağlaya biləydim.
Susuzluq acı dərddir, kaş şirin su olaydım,
Dilbərin ləblərinə, su tək axa biləydim.
Kaş ki, xəyal deyil, səni can, canlı görəydim!
Toxunub sevginə yar, ümid ala biləydim.
Rauf, yolunda Nigarın, gül olub bitəydim,
Hər an həsrətinə, kaş Zaman ola biləydim!
...Müəllif:Rauf Cavad