Məzmuna keç

Kafü lamü kaf

Vikimənbə saytından
Kafü lamü kaf
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.

Dost bizi buyurdu xidmәt-şәrifә,
Dedik ki, baş üstә, kafü lamü kaf.
Fitnә qaşlı, cadu gözlü sevdiyim
Çoxların eylәyib heyü lamü kaf.

Sidqi dürüst olan yetişәr haca,
Kimsә dә kimsәyә etmәz iltica.
Mәhәmmәd ki qәdәm basdı meraca,
Pişvazinә gәldi mimü lamü kaf.

Mehdi görәr qoşununun sanını,
İnsan üçün qurar haq mizanını.
Bir gün alar Qurbaninin canını
Bir gözlәri cәllad kafü lamü kaf.