Kafərdi kor mələk bilə, canə mələk səni
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Səni Müəllif: Məşədi Əyyub Baki |
Kafərdi kor mələk bilə, canə mələk səni,
Sultani-hüsnsən yaradıb tanrı tək səni.
Verməz yüz ayə, yüz günə kim, çərx, bir təlin,
Yüz min əzizi-Misrə də keşməz fələk səni.
Nə hür, nə pərisən, əzizizm, nə mahsan,
Hansı dililə, söylə görüm, dindirək səni?
Yar, danan səni danıb Allaha gəc edib,
Xəlq içrə çünki Tanrı yaratmış məhək səni.
Məhşərdə üzr istəməyə hər günahıma,
Allah hüzuruna aparam mən gərək səni.
Göz yaşım ilə bəsləmişəm sərv qamətin,
Gözlə ki, tutmasın gözüm axıradək səni.
Gər başı üstə gəlmiyəsən can verən zaman,
Billahi, Baki gözləyəcək həştərək səni.