Karına dəyməz

Vikimənbə saytından
Karına dəyməz
Müəllif: Aşiqi
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Olacaq ər elə başdan qaladır
Adam vardır işi kanna dəyməz.
Adam var yaramaz, cana bəladır
Adam vardxr adam yanna (yansına) dəyməz.

Adam var qazanar xidmətdən azuq(ə)
Adam vardır xidmətkardır, xəlayiq.
Adam vardır mənə bədöyə layiq
Adam vardır minən xərinə dəyməz.

Adam vardır bəyə, xana gərakli,
Yeri per döşəkli, baldan xörəkli,
Adam vardır, qanmaz, heyvan derəkli
Onca yaşar, sürən ömrünə dəyməz.

Gözəl vardır, geysə altın yaraşır,
Görsən gözün doymaz, ürəyin coşar.
Gözəl vardır görsən zehinin çaşar
Pərizadın zülfü-tanna dəyməz.

Aşiqi der çoxdur adamrn yönü
Adam vardır cana zəhərdir ünü.
Savaş günü, qeyrət günü, ar günü
Yüz namərdlər merdin birinə dəyməz.