Katdalar

Vikimənbə saytından
Katdalar
Müəllif: Çoban Əfqan
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014.

 
Aman haramı katdalar,
İnsafı görün arada.
Nizam-tərəzi haqqıdır
Nə deyərsiniz orada.

Orada haqqı divan var,
Pünhan işləri görən var.
Peyğəmbər sirli-sübhan var,
Sizi çəkərlər dara da.

İstəmirik o məhmanı
Dağıldı xalqın tifaqı.
Çağırıram ər-rəhmanı,
Özü otursun burada.

Əzəl dünyanı yeyənlər
Dünyada mənim deyənlər.
Yüzlüklərə söyünənlər
Bədsifət gedər gora da.

Çoban Əfqan bu əhvalın
Gör necə pozulur halın.
Dağıdarlar öyün, malın
Həsrət qoyarlar şora da.