Məzmuna keç

Keçə bu fəsli-xəzan, mövsümi-baharım ola

Vikimənbə saytından
Keçə bu fəsli-xəzan, mövsümi-baharım ola
Müəllif: Şəhriyar Şirvani
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Keçə bu fəsli-xəzan, mövsümi-baharım ola,
Bahar bülbülü tək gülşənə güzarım ola.

Müyəssər ola əzadan çəməndə bəzmi-xas,
Gülü mülü meyü bülbül, mənü nigarım ola.

Nigar ola, gül ola, gül müqabili-lalə,
Güli nigara tərəf qəlbi-dağidarım ola.

Bir əldə dəsti-nigarım misali-çəng tutam,
Bir əldə zülfı-mütərrasi rəngi-tarım ola.

Nəvayı-eşqə çəkəm şur ılə ərşə nazın,
Müxalifı-qəmə mənsurdə hisarım ola.

Açanda şərhi-fəraqə zəbani susən tək,
Bənəfşə guş verə, nərgis intizarım ola.

Bəyan edəm keçən ruzigari-zarımdan,
Şərik ol qəmə, dilsuz ahu zarım ola.

Meyi-murad ilə məmlüvv sağəri-kamım,
Bu bəzmi-işratə saqi gülüzarım ola.

Sənə fəda mən olum, ver içim badə,
Bu ani eyləmə təxir etıbarım ola.

Xarab olub yetışəm məhfıli-xərabatə,
Bu bəzmi-meykədədən gər yetincə karım ola.

Verəm fəna yelinə gərdi-cani əhd etdim,
Misali-badi-səba dərgəhində barım ola.

Ölüncə vasil olaydım liqayi-didarə,
Cahanı-faniyədən bunca ixtiyarım ola.

O şəhsuvari-cəfapərvərin bu canımda
Qulami-qullarına qəlbi-Şəhriyarım ola.