Keçər (Şah İsmayıl Xətai)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Keçər
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.331-332.

Batinimdə dedi mənə bir əziz:
– Məhəbbətdən keçən haqdan da keçər.
Vermən nəsibini, kəsin qidasın,
Məhəbbətdən keçən haqdan da keçər.

Məhəbbət adəmi haqqa yardır,
Məhəbbət etməyən can murdardır,
Dünyavü axirət yüzü qaradır,
Məhəbbətdən keçən haqdan da keçər.

Gerçək оlan bir nəfəsə inana,
Canımız veririz qurban canana,
Lə’nət оlsun iqrarından dönənə,
Məhəbbətdən keçən haqdan da keçər.

Dörd qapu, qırx məkan, yetmiş iki qat,
Məhəbbət dedigin təcəlliyi-zat,
Mö’minə, müslümə, xeyir, nəsihət,
Məhəbbətdən keçən haqdan da keçər.

Məhəbbət dedigin xaslar xasıdır,
Məhəbbət оlmayan haqqın nəsidir?
Dоst Xətayinin bu, haqq nəfəsidir:
Məhəbbətdən keçən haqdan da keçər.