Məzmuna keç

Keçdi ömrüm nəqdi qəflət içrə nadanlıqda, heyf

Vikimənbə saytından
Keçdi ömrüm nəqdi qəflət içrə nadanlıqda, heyf
Müəllif: Əlişir Nəvai
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Keçdi ömrüm nəqdi qəflət içrə nadanlıqda, heyf.
Qalan ömrüm qəmlər ilə, min peşimanlıqda, heyf.
Canıma vermə əziyyət, sən riyazət qılma çox,
Gəncliyin asan sovuşdu, yandın asanlıqla, heyf.
Bağladım peymanədən peyman fəğan ki, əqlü din
Oldu bu peymanədən ol süst peymanlığda, heyf.
Ey müsəlmanlar, bilin ki, ötdü ömrüm hasili
Nəfsi kafır fıtnəsindən namüsəlmanhqda, heyf.
Heyf kim, nəf eyləməz, üzsəm də əl peymanədən,
Desəm öz əhvalımı bu tövr heyranhqda, heyf.
Elə işlər gör ki, heç vədə peşiman olma sən,
Nə qədər işdə xəta qıldım peşimanlıqda, heyf.
Çox sözüm bəlkə yalandır, bir sözüm sərrast, dürüst,
Yalana qurban gedib ömr oldu qurbanlıqda, heyf.
Bir qədər yüngül gəlir siqlətdə sultandan gəda,
Heyf kim, çox-çox gəda olmuş da sultanlıqda, heyf.
Ey Nəvai, vaqifəm rüzgara mən, əsrara mən:
Keçdi ömrüm nəqd qəflət içrə nadanhqda, heyf!