Keçdi (Qurbani)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Keçdi (Qurbani)
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov (2008). Seçilmiş əsərləri (10 cilddə, III cild) (az). Nurlan. Orijinal mənbədən 2018-09-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-05.

Dağ döşündә maral gәzәr,
Tellәrini darar gәzәr,
Yarım mәndәn kәnar gәzәr,
Qoymun, xanlar, yarım keçdi,
Könlü ahü zarım keçdi!

Bu dağların başı bütün,
Ürәyimin yaşı tütün,
.....................
Qoymum, xanlar, yarım keçdi,
Gözü intizarım keçdi!

Әrisin dağların qarı,
Tökülsün çaylara sarı,
Bu keçәn Qurbanın yarı.
Qoymun, xanlar, yarım keçdi,
Üzü gülüzarım keçdi!