Keçindin aləmi-heyrətdə, ey dil
Görünüş
Keçindin aləmi-heyrətdə, ey dil Müəllif: İsmayıl bəy Nakam |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Keçindin aləmi-heyrətdə, ey dil,
Keçirdin ömrünü qəflətdə, ey dil!
Görüb bu aləmi-adəmfəribi
Unutdun əhdi bir röyətdə, ey dil!
Fəraqət hasil et, tərki-səva qıl,
Yetər ah etdiyin möhnətdə, ey dil!
İrişdi aşiqan yeksər vüsalə
Həmin sənsən qalan firqətdə, ey dil!
Mücərrəd ol, mücərrəd ol da, gör də,
Nələr var guşeyi-vəhdətdə, ey dil!
Həzəran dərdi-rühazar çəkdin
Yenə töhmətdəsən, töhmətdə, ey dil!
Olub Nakamə dil nakam oldun,
Yaxıldın atəşi-həsrətdə, ey dil!