Məzmuna keç

Keçməzmi Yar, can yanından bu an?

Vikimənbə saytından
Keçməzmi Yar, can yanından bu an? (1995)
Müəllif: RAUF CAVAD

Gördüm Gözəli, oldu can Heyran,
Olsun bu can Gözəlliyə qurban.
Kimdi bu ala gözlü şux Ceyran?
Saldı məni dərdə oldum Seyran.
Reyhan! Axı Sən hardasan Heyran?!

İstəsəm yenə baxmaq, istər can,
Bu Gözəl bağrımı eylədi qan.
Doldu qəlbim, oldu dərdli yaman,
Gəl qəlbimə bax, Dilbər ver aman.
Reyhan! Axı Sən hardasan Heyran?!

Yarə-yarədi sinəm ey Hicran,
Yandırır dərd, qəlb olur nigaran.
Ağlayır hər gün Həsrətdən cahan,
Böyüyür günü-gündən acıdan.
Reyhan! Axı Sən hardasan Heyran?!

Gəl etmə naz Zöhrəm! Yetiş Canan,
Düzülər güllər yoluna, Güman.
Rauf tənha qalıb Sənsiz Zaman,
Keçməzmi Yar, can yanından bu an?!
Reyhan! Axı Sən hardasan Heyran?!