Kimə ki, Həzrət Zəhra qara köynək toxuyar

Vikimənbə saytından
Kimə ki, Həzrət Zəhra qara köynək toxuyar
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 61

Kimə ki, Həzrət Zəhra qara köynək toxuyar,
O başın sahibi sərnizədə Quran oxuyar.

Pəri-Cibrilidə ərş üzrə qılan seyranı,
Kərbəla şahı Hüseyndir ki, Xuda heyranı.

Bir zaman görmədi gəhvarədə pərvanə şəmin,
Həyəcanlandı, təlaş etməyi artırdı qəmin.

Dedi Peyğəmbərə dərdin, dedi Peyğəmbər həmin,
O Hüseyndir, bu Hüseyn göylər öpərlər qədəmin.

Cəburət əhli mələk dəstəsi saysan neçə min,
Onu vəsf etməyə qabiliyyəti çatmaz qələmin.