Kimə qalmış mal-pul, Süleymanamı!?

Vikimənbə saytından
Kimə qalmış mal-pul, Süleymanamı!? (1993)
Müəllif: RAUF CAVAD

Pul, alır qanmazdan insaf-vicdanı,
Kimindən satın alır, din-imanı.

Vəsilə qurulur bir yol, mal-pulla,
Nəfsi zay olanın, yoxdur dərmanı.

Guya ən böyük günahkar mal-puldur,
Aldadır pak nəfsi, körpə insanı.

Unudub yaramaz pis keçmişini,
Mala-pula satıb, bitmiş dövranı.

Tora salıb cahil kəndi-kəndini,
Oynayır mal pulla, yığır torbanı.

Kimə qalmış mal-pul, Süleymanamı!?
Gözlərə tor gəlib, görmür dumanı.

Hökümətlər yaradıb nadanları!?
Kim alıb, mala-pula görə canı!?

Ayılmır Qafil, mal-pul olub zalım!?
Bəs deyilmi, tökülən insan qanı!?

Kimsəsizlər qalıb möhtac mal-pula,
Gözü doymur acın, nəfsi-ilanı.

Mal-pul azdırır nəfsi keyf-damağda,
Hər gün çağırır Tanrı, duy azanı.

Yazılıb, mala-pula olma həris,
Oxu itirdiyin vicdan-Quranı.

Rauf! Mala-pula etmə etibar!
Unutma! Kimdir aləmin Sultanı!