Məzmuna keç

Kim dərvişlik istər isə deyəm ana netmək gərək

Vikimənbə saytından
Kim dərvişlik istər isə deyəm ana netmək gərək
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Kim dərvişlik istər isə deyəm ana netmək gərək,
Şərbəti əlündən qoyub ağuyı nuş etmək gərək.

Gəlmək gərək tərbiyəte, cümlə bildüklerin qoya,
Mürəbbisi nə der isə, bəs ol anı dutmaq gərək.

Tuta səbrü qənaəti, təhəmmül eyləyə qatı,
Tərk eyləyə surətini, bildügin unutmaq gərək.

Dünyadan könlüni çekə, əliyilə arpa əkə,
Umna yan kül qata, günəşdə qurutmaq gərək.

Deyəm ana necə edə nəfsi diləgin bu yolda,
Qaçan kim iftar eyləyə, üç gündə bir ətmək gərək.

Böyledür dərviş dirlügi, qoya cümlə eyyarlığı,
Andan bulısar ərlügi, qəhrlər çoq yutmaq gərək.

Baqma dünya sevüsine, aldanma xəlq güviisinə,
Dönüb didar arzusına, ol Həqqə yüz tutmaq gərək.

Yunus, imdi nə dür dersin, ya kimün qeydini yersin,
Bir kişi bu sözi desin, ana güci yetmək gərək.