Kim müqəssir-mərifətsiz?! Söyləmir düşünmək?!

Vikimənbə saytından
Kim müqəssir-mərifətsiz?! Söyləmir düşünmək?! (1994)
Müəllif: RAUF CAVAD


 
Yaman dərddi düşünmək?! Ah səsləmir düşünmək!
Acı bəhərdi nəfsi, kin bəsləmir düşünmək!

Necə də böyükdü dərdi axmaq-cahillərin,
Həqqi desən qanmaz, duymaz səs-səmir düşünmək!?

İstəyirəm ki, doğrunu düz deyim bəşərə,
Lakin acıq edir qulaq, süd əmir düşünmək!

Düşünürəm baş verən acı-pis səbəbləri,
Kim müqəssir -mərifətsiz?! Söyləmir düşünmək?!

Zalımın zülmü çoxalıb dünyamız qaralıb,
Alıb ağ gümanı fikir, söz yemir düşünmək!

Qalıb aciz küt-qafil insan dərdi çoxalıb,
Qalıb kor biçarə göz, nur ələmir düşünmək!

Əlini ver, kor görməz, gözlərin nuru gedib,
Əqli yaddan çıxıb artıq istəmir düşünmək!

Korun nə vecinə əqli başdan küsüb-gedib,
Beyni artıq bezib-durub, işləmir düşünmək!

Kömək lazımdır bəşərə çün şüuru itib,
Paslanıb küt əqli, gərəkdir təmir-düşünmək!

Acıdır qəlbimi acı çün adımdı Rauf,
Yad qalıb dad, adın tamını demir düşünmək!