Kim müqəssir-mərifətsiz? Söyləmir düşünmək?
Kim müqəssir-mərifətsiz?! Söyləmir düşünmək?! (1994) Müəllif: RAUF CAVAD |
Yaman dərddi düşünmək?! Ah səsləmir düşünmək!
Acı bəhərdi nəfsi, kin bəsləmir düşünmək!
Necə də böyükdü dərdi axmaq-cahillərin,
Həqqi desən qanmaz, duymaz səs-səmir düşünmək!?
İstəyirəm ki, doğrunu düz deyim bəşərə,
Lakin acıq edir qulaq, süd əmir düşünmək!
Düşünürəm baş verən acı-pis səbəbləri,
Kim müqəssir -mərifətsiz?! Söyləmir düşünmək?!
Zalımın zülmü çoxalıb dünyamız qaralıb,
Alıb ağ gümanı fikir, söz yemir düşünmək!
Qalıb aciz küt-qafil insan dərdi çoxalıb,
Qalıb kor biçarə göz, nur ələmir düşünmək!
Əlini ver, kor görməz, gözlərin nuru gedib,
Əqli yaddan çıxıb artıq istəmir düşünmək!
Korun nə vecinə əqli başdan küsüb-gedib,
Beyni artıq bezib-durub, işləmir düşünmək!
Kömək lazımdır bəşərə çün şüuru itib,
Paslanıb küt əqli, gərəkdir təmir-düşünmək!
Acıdır qəlbimi acı çün adımdı Rauf,
Yad qalıb dad, adın tamını demir düşünmək!