Məzmuna keç

Kim mənim tək fikri-zülfündən belə Məcnun olur

Vikimənbə saytından
Kim mənim tək fikri-zülfündən belə Məcnun olur
Müəllif: İbrahim Tahir
Mənbələr:
  • Kərimov R. İbrahim Tahir Musayevin həyat və yaradıcılığı // Müasir şərqşünaslığın aktual problemləri, Bakı, 2011, s. 166.
  • Musalı (Səmədova) Vüsalə Azər qızı. Azərbaycan təzkirəçilik tarixi. – Bakı, “Elm və təhsil”, 2012. s.279-280.

Kim mənim tək fikri-zülfündən belə Məcnun olur,
Ruzü şəb həmdərdi vəhşi, məskəni hamun olur?
Gər desəm ərərdürür qəddin sənin, səhv etmişəm,
Sərvü ərər, dilbəra, qanda belə mövzun olur?
Mürşidi-meyxanə qəm dəfinə mey təcviz edər,
Mən bu qana dönmüşü içkəc, qəmim əfzun olur.
Təxti-naz üzrə gedərsən xabi-nazə naz ilə,
Firqətində hali-aşiq bilməyirsən çun olur?
Arizin dövründə xalın öyrə rənadır sənin,
Həsrətindən gülşən içrə lalələr dilxun olur.
Söylə, yəğma eyləsin könlüm o çeşmi-məstinə,
Xəlq içində məst olan hər barədən mövzun olur.
Mərhəmət çeşmilə bir bədbəxtə gər qılsan nəzər,
Ol kəsin bişəkkü şübhə taleyi məmnun olur.
Nə təəccüb, Tahirin olsa qiyamət sözləri,
Qaməti-rənayə, maildir, sözü mövzun olur.