Kim qanmadı?! İnsanlığa zülmü, danan, nadan etdi
Kim qanmadı?! İnsanlığa zülmü, danan, nadan etdi (1993) Müəllif: RAUF CAVAD |
İbrahim gəldi, bütləri, nəfs evini viran etdi!
Kəbədə hürən itləri, səhv düzəni ziyan etdi!
Xəyyamı eşqə-canə saldı, qəlbi ucalıq qaldı!
Gördü qəlb evi qapısı qırıq, təmir-filan etdi!
Sordular tək məqsədin nədir, ey yüksək Atam oğlu!?
Günəşi göstərib dedi, nuru tək Yaradan etdi!
Ayı, uca nuru seyr edib, gözləri dilə gəldi!
Ulduzu, Əlini işarə verdi! Zikr-şükran etdi!
Əqli çaşdırdı yurdsuz-əqilsiz zay xərabələri!
Uca məqami-şahi yad edib, fəryad-aman etdi!
Nuru qərq olub külli aləmlərə, görməyən, kor kim?!
Söylədi mükəmməl fikir, zərər, şəkdə qalan etdi!
Yaxşı, baxıb gördü həqqi, insaf, sülh etməyə getdi,
Gözəl olar əməl, əgər olsa vicdan, güman etdi!
Mələk siması insan libası geyinib həqiqət,
Nazlı-zərifi, surətini bulud ağlayan etdi!
Gəl gör ki, dünya əzəldən necə viran olub, Abbas!
Kim anladı bilinmir! Qafillər yalan-talan etdi!
Raufu, ilk İblis təkzib etdi! Adəmi qınadı!
Kim qanmadı?! İnsanlığa zülmü, danan, nadan etdi!