Məzmuna keç

Kim verdi dünən bəzminizə bağdə zivər

Vikimənbə saytından
Kim verdi dünən bəzminizə bağdə zivər
Müəllif: Ağa Hacı Molla Tağızadə
Şeiri Bixud keyf məclisinə gedən və onu dəvət etməyən Seyid Əzim Şirvaniyə və digər şair dostlarına bir zarafat kimi yazıb.


Kim verdi dünən bəzminizə bağdə zivər,
Hansı qədi ərər?
Kim eylədi ruxsarı ilə baği münəvvər,
Hansı məhi-ənvər?

Kim kakili-mişkinin onun eylədi əfşan,
Hansı büti-dövran?
Kim eylədi öz zülfi ilə baği müəttər,
Tökdü yerə ənbər?

Kim püsteyi-xəndanın açıb etdi təbəssüm,
Kim qıldı təkəllüm?
Kim tökdü o bəzm içrə ləbindən dürü gövhər,
Hansı ləbi şəkkər?

Kim etdi gülüstanı dünən qeyrəti-Xəlləx,
Hansı büti-gülrux?
Kim eylədi ol bağçəni sahəti-Kəşmər,
Firdovsə bərabər?

Ey dust, həmişə olasan seyrü səfadə,
Daim bu vəfadə!
Həmvarə sənə yar ola ol şuxi-sitəmgər,
Ol sərvü sənubər.

Ol şux təmaşasi səni eylədi məğrur,
Ey zülməti-binur.
İçdin o büti-sadə ilə badeyi-xüllər,
Ey rindü qələndər!

Olsun o dünən mənsiz içən badə həramın,
Düşsün yerə camın!
Dönsün cigərim tək yediyin qanə sərasər,
Zəhr ilə müxəmmər!

Gəzdin veribən əl-ələ ol şux ilə hər yan,
Sərməstü qəzəlxan.
Aldın bir ələ saidini, bir ələ sağər,
İçdin meyi-əhmər.

Mən badeyi-gülfam əvəzi xuni-dil içdim,
Bir növ ilə keçdim.
Sən eylədin ol mah ilə hər ləhzə səfalər,
Yüz eyşi-mükərrər.

Axir sənə mən həmdəmü həmraz deyildim,
Dəmsaz deyildim?
Həsrətlə dünən canıma saldın yanar əxkər,
Ey zalimü kafər!

Get, eşq səni mən yaxılan narına yaxsın,
Əşkin yerə axsın.
Ta kim, dilü canımda olan atəşi-müzmər,
Olsun sənə zahir.

Gəzdikdə o mah ilə məni yaduva saldın,
Heç xatirə aldın?
Heç bircə dedin kim, hanı ol Bixudi-müztər,
Ol didələri tər?