Kimdi
Jump to navigation
Jump to search
Kimdi Müəllif: Tikmədaşlı Xəstə Qasım |
Mənbə: Sədnik Paşa Pirsultanlı (2011). Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi (az). Azərnəşr. Yoxlanılıb 2018-08-06. |
Ay ağalar, ay qazılar,
Göy çadırda duran kimdi?
Haqqa mizan tərəzini,
Yol isratı quran kimdi?
Məna qılın qul kafəni,
Hardadı dörd mələyin mənanı?
Dəryanın üstə kotanı,
Pələng qoşub sürən kimdi?
Xəstə Qasım bir deyilsən,
Sən insana sir deyilsən.
Hər sirləri bilən deyilsən,
Sirri səndən soran kimdi?