Məzmuna keç

Kimi (Şair Bəşir)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Kimi (Şair Bəşir)
Müəllif: Şair Bəşir
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Səyyad olan bu dağları dolanar,
Ovu bərəsində bulana kimi.
Laçın qıya çəkər görcək şikarın,
Tab etməz havada alana kimi.

Bahar olcaq bağban barı gözləyər,
Vəfalılar düz ilqarı gözləyər,
Kişi olan namus, arı gözləyər,
Dosta xain çıxmaz ölənə kimi.

Bəşirəm, heç zaman çıxmıram yasdan,
Çaqqallar şir olub, tülkülər asdan.
Özgələr sözüynən incimə dostdan,
Eşidib dilindən bilənə kimi.