Kimi (Şair Məmmədhüseyn)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Kimi (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Kim bilir çəkmədim nə intizarlar,
Alagöz yarıma çatana kimi.
Dözdüm hər cəfaya, hər əziyyətə,
Hicranın daşını atana kimi.
Dar gündə də yar düşmədi dilimdən,
Ayrılmadım mən obamdan, elimdən.
Əğyar yaxa qurtarmadı əlimdən,
Qovdum əhvalını bulana kimi.
Məmmədhüseynə bir din-iman var olar,
Xudadan düzlərə Xudam yar olar.
İbadət dilimdə hər vaxt car olar,
Güntək qürub edib batana kimi.