Kimi (Şamlı Cabbar)
Görünüş
Kimi Müəllif: Şamlı Cabbar |
Mənbə: Tariyel Qəni. "ŞİRVANIN ŞAMLI ELATININ AŞIQ VƏ EL ŞAİRLƏRİ" (PDF). "Ozan dünyası" jurnalı (az.). azab.az. 2015. İstifadə tarixi: 2016-02-04. |
Bir gözəlin sevdasına düşmüşəm,
Qaşları şux, yanaqları gül kimi.
Hər baxanda şövqü düşür cahana,
Dili şəkər, dodaqları bal kimi.
Qaşı kimi tarmalanmış yay olmaz,
Könlü kimi daşqın axan çay olmaz,
Gözəllikdə heç kəs ona tay olmaz,
Yusif onun camalında xal kimi.
Cabbar deyir, göz yoluna dikmişəm,
Ayrılıq toxmunu çoxdan əkmişəm,
Yollarında çox cəfalar çəkmişəm,
Əlif qəddim əyilibdi dal kimi.