Kiminkidir

Vikimənbə saytından
Kiminkidir
Müəllif: Çoban Əfqan
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014.

 
İllər boyu işləyirik yalavac,
Görən həddən aşan var kiminkidir?
Zəhər olsa içib ölmək istərəm,
Bağban da soruşur, bar kiminkidir?

Kiminin əlində yoxdur əlacı,
Kimi molla olur, kimi də hacı.
Kimi üzü qara çörək möhtacı,
Sədası aləmə car kiminkidir?

Bürüyüb hər yeri bəylərin malı,
Qazaxda qururlar cahı-cəlalı.
Əfqan, yaman keçir ellərin halı,
Düşüb yandığımız nar kiminkidir?