Kimsə söz atdı ki, Xaqani artıq
Görünüş
Kimsə söz atdı ki, Xaqani artıq Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Kimse söz atdı ki, Xaqani artıq,
Yaraşmır saraya, böyük xaqana.
Bəli, doğru dedi, su daşımaqçün,
Layiq olmamışdır div Süleymana.
Saraydan əziyyət görmüşəm, bir də,
Geniş qəlbim sığmaz o dar zindana.