Məzmuna keç

Kin dolub yer üzü? Gör, cənnətdən kin-nifrət qovulub

Vikimənbə saytından
Kin dolub yer üzü?! Gör, cənnətdən kin-nifrət qovulub! (1993)
Müəllif: RAUF CAVAD

Sual etdilər, cənnətdən ilk kim, təbiət qovulub?!
Kimi hiylədən, kimi də bilmədən, diqqət! Qovulub?!

Nida gəldi suala, Adəmi kim, Həqq tərif edib?!
Oldum suala cavab, hiylədən ədavət qovulub!

Axmaq verdi sual, düz deyirlər ki, qovulub Adəm?!
Suala sual gəldi, Həqqə hürən xilqət qovulub?!

Sual oldu sual-cavab, körpə istək nə bilirdi?!
Cavab verdi suala tərs cavab, qəbahət qovulub!

Qaldım Ağıla mat-məəttəl, kor istəyə təcrübə,
Cənnətdə hiss etdim istəyi, gördüm şah, mat qovulub!

Adəm istəyi körpə ikən təcrübəsiz güləşir,
Oldum agah, sezdim ilan mələşir, xislət qovulub!

Gördüm sarılıb kinli ilan, torpağa Adəm deyir,
Kin dolub yer üzü?! Gör, cənnətdən kin-nifrət qovulub!

Adəmdən alır intiqam?! Çün Adəm özü cənnətdi?!
Qovdum dedi, Allah! İblis, Adəmdən xəlvət qovulub!

İblis nəfsi qandırmağa lazımdı təcrübə-istək,
Nəfsi tərbiyə edən nəfs anlar, xəyanət qovulub!

Dəhşət oldu istək! Rauf İblisə bir təpik vurdu!
Oldu xar yenə Əbləh! Gör! Kim! Hardan! Lənət qovulub!
                 ...Müəllif:Rauf Cavad