Məzmuna keç

Kitabi-Dədə Qorqud/Basat Dəpəgəzi öldürdügi boyı bəyan edər, xanım, hey!

Vikimənbə saytından
Qazılıq Qoca oğlı Yegnək boyını bəyan edər, xanım, hey! Kitabi-Dədə Qorqud. Basat Dəpəgəzi əldürdügi boyı bəyan edər, xanım, hey!

Bəkil oğlı Əmranın boyını bəyan edər


Məgər, xanım, bir gün Oğuz oturarkən üstinə yağı gəldi. Dün içində ürkdi, köçdi. Qaçub gedərkən Aruz qocanın oğlancığı düşmiş, bir aslan bulup götürmiş, bəsləmiş. Oğuz genə əyyamla gəlüb, yurdma qondı. Oğuz xanın ilqıçısı gəlüb xəbər gətürdi. Aydır: “Xanım, sazdan bir aslan çıqar, at urar, apul-apul yüriyişi adam kibi. At basuban, qan sümürər”.
Aruz aydır: “Xanım, ürkdigimiz vaqtm düşən mənim oğlancığımdır, bəlkə?” - dedi. Bəglər bindilər. Aslan yatağı üzərinə gəldilər. Aslanı qaldırıb oğlanı tutdılar. Aruz oğlanı alub evinə gətürdi. Şadılıq etdilər. Yemə-içmə oldı. Amma oğlanı nə qədər götürdilərsə, durmadı, gerü aslan yatağına vardı. Gerü tutub gətürdilər.
Dədəm Qorqud gəldi. Aydır: “Oğlanım, sən insansan. Heyvanla müsahib olmağıl! Gəl, yaxşı at bin. Yaxşı yigitlər ilə eş yort! - dedi. - Ulu qardaşın adı Qıyan Selcikdir. Sənin adın Basat olsun! Adını mən verdim, yaşunı Allah versün!” - dedi. Oğuz bir gün yaylaya köçdi. Aruzun bir çobanı vardı. Adma Qonur qoca Sarı çoban deyərlərdi*. Oğuzun önincə bundan əvvəl kimsə köçməzdi.
 Uzun binar diməklə məşhur bir binar vardı. Ol binara pərilər qonmışdı. Nagahandan qoyun ürkdi. Çoban ərkəcə qaqıdı, ilərü vardı. Gördi kim, pəri qızları qanat qanada bağlamışlar, uçarlar. Çoban kəpənəgini üzərlərinə atdı. Pəri qızının birini tutdı. Tama edüb, dərhal cima eylədi. Qoyun ürkməgə başladı. Çoban qoyunun öninə səgirtdi. Pəri qızı qanat urub uçdı. Aydır: “Çoban, yil tamam olıcaq məndə əmanətin var, gəl, al! - dedi. - Amma Oğuzun başına zaval gətürdün”, - dedi.
Çobanın içinə qorxu düşdi. Amma qızın dərdindən bənizi sarardı.
Zamanla Oğuz genə yaylaya köçdi. Çoban genə bu binara gəldi. Genə qoyun ürkdi. Çoban ilərü vardı. Gördi kim, bir yığanaq yatur, yıldır-yıldır yıldırır. Pəri qızı gəldi. Aydır: “Çoban, əmanətin gəl, al! Amma Oğuzun başına zaval gətürdün!” - dedi. Çoban bu yığanağı görcək ibrət aldı. Gerü döndi. Sapan daşma tutdı. Urduqca böyüdi. Çoban yığanağı qodı qaçdı, qoyun ardına düşdi.
Məgər ol dəm Bayındır xan bəglər ilə seyrana yetmişlərdi. Bu binarın üzərinə gəldilər. Gördilər kim, bir ibrət nəsnə yatur, başı-göti bəlürsiz. Çevrə aldılar. Endi bir yigit bunı dəpdi. Dəpdikcə böyüdi. Bir qaç yigit dəxi endilər, dəpdilər. Dəpdiklərincə böyüdi. Aruz qoca dəxi enüb dəpələdi, mahmuzı toqundı. Bu yığanaq yarıldı, içindən bir oğlan çıqdı. Gövdəsi adam, dəpəsində bir gözi var. Aruz aldı bu oğlanı ətəginə sardı. Aydır: “Xanım, munı mana verin, oğlum Basatla yaşlı-yayın!” - dedi. Bayındır xan “Sənin olsun!” - dedi.
Aruz Dəpəgözi aldı, evinə gətürdi. Buyurdı, bir dayə gəldi. Əmcəgini ağzına verdi. Bir sordı, olanca südin aldı. İki sordı, qanın aldı. Üç sordı, canın aldı. Bir qaç dayə gətürdilər, həlak etdi. Gördilər olmaz, “Süd ilə bəsliyəlim” - dedilər. Gündə bir qazan süd yetməzdi. Bəslədilər, böyüdi, gəzər oldı. Oğlancıqlarla oynar oldı. Oğlancıqların kiminün bumın, kiminün qulağın yeməgə başladı. Əlhasili, ordı bunun ucmdan qatı incindilər. Aciz qaldılar. Aruza şikayət edüb ağlaşdılar. Aruz, Dəpəgözi dögdi-sögdi, yasaq eylədi, esləmədi. Axır evindən qodı.
Dəpəgözin pəri anası gəlüb oğlının parmağına bir yüzük keçürdi. “Oğul, sana ox batmasun, tənüni qılıc kəsməsün!” - dedi.
Dəpəgöz Oğuzdan çıqdı, bir yuca dağa vardı. Yol kəsdi, adam aldı, böyük hərami oldı. Üzərinə bir qac adam göndərdilər. Ox atdılar, batmadı. Qılıc urdılar, kəsmədi. Sügüylə sancdılar, ilmədi. Çoban-çoluq qalmadı, həb yedi. Oğuzdan dəxi adam yeməgə başladı. Oğuz yığılub üzərinə vardı. Dəpəgöz görüb qaqıdı. Bir ağacı yerindən qopardı. Atub əlli-altmış adam həlak eylədi. Alplar başı Qazana zərb urdı, - dünya başına dar oldı.
Qazanın qardaşı Qaragünə Dəpəgöz əlində zəbun oldı. Dözən oğlı Alp Rüstəm şəhid oldı. Uşun qoca oğlı kibi pəhlivan əlində şəhid oldı. Aruq candan iki qanndaşı Dəpəgöz əlində həlak oldı. Dəmür donlı Mamaq əlində həlak oldı. Bığı qanlu Bügdüz Əmən əlində zəbun oldı. Ağ saqallu Aruz qocaya qan qusdurdı. Oğlı Qıyan Selcügün ödi yarıldı. Oğuz Dəpəgözə kar qılmadı, ürkdi qaçdı. Dəpəgöz çevürüb, önin aldı. Oğuzı salı vermədi, gerü yerinə qondurdı. Əlhasil, Oğuz yedi kərrə ürkdi. Dəpəgöz önin alub, yedi kərrə yerinə gətürdi. Oğuz Dəpəgöz əlində tamam zəbun oldı. Vardılar, Dədə Qorqutı çağırdılar. Anunla danışdılar. “Gəlün, kəsim kəsəlüm!” - dedilər.
Dədəm Qorqudı Dəpəgözə göndərdilər. Gəldi, salam verdi. Aydır: “Oğul, Dəpəgöz, Oğuz əlündə zəbun oldı, bunaldı. Ayağın toprağma məni saldılar. Sana kəsim verəlim, deyərlər”*, - dedi. Dəpəgöz aydır: “Gündə altmış adam verin yeməgə!” - dedi. Dədə Qorqut aydır:
“Bu vəchlə sən adam qomaz, dükədərsən, – dedi. – Amma gündə iki adam ilə beş yüz qoyun verəlim!” –dedi.
Dədə Qorqud böylə digəc Dəpəgöz aydır: “Xoş, öylə olsun! Əvət, həm mana iki adam verin, yeməgüm bənim bişürün, mən yiyəyim!” - dedi.
Dədə Qorqud döndi, Oğuza gəldi. Aydır: “Bunlu qoca ilə Yapağlu qocayı Dəpəgözə verün, aşın pişürsün!” –dedi. “Və həm gündə iki adam ilə beş yüz qoyun istədi”, – dedi. Bunlar dəxi razı oldı. Dört oğlı olan birin verdi, üçi qaldı. Üç olan birin verüb iki qaldı. İki olan birin verdi, biri qaldı.
Qapaqqan derlər, bir kişi var idi. İki oğlı var idi. Bir oğlın verüb, biri qalmış idi. Gerü növbət dolanub, ana gəlmişdi. Anası fəryad edüb ağladı, zarlıq eylədi. Məgər, xanım, Aruz oğlı Basat ğəzaya getmiş idi. Ol məhəldə gəldi. Qancıq aydır: “Basat şimdi aqından gəldi. Varaym, bolay ki, mana bir 2 əsir verəydi, oğlancığım qurtaraydım”, - dedi.
Basat altunlu günlügin tiküb oturur ikən gördilər ki, bir xatun kişi gəlür. Gəldi içəri girdi, Basata salam verdi, ağladı. Aydır:
Avcına sığmayan əlüklü oğlı,
Ərdil təkə buynuzından qatı yaylı,
İç Oğuzda, Daş Oğuzda adı bəllü,
Aruz oğlı xanım Basat, mana mədəd! - dedi.
Basat aydır: “Nə dilərsən?” Qancıq aydır: “Yalançı dünya yüzində bir ər qopdı. Yaylammda Oğuz elin qondurmadı. Qara polad uz qılıclar kəsən qılını kəsdirmədi. Qarğu cida oynadanlar ildirəmədi. Qayın oxı atanlar kar qılamadı. Alplar başı Qazana bir zərb urdı. Qardaşı Qaragünə əlində zəbun oldı. Bığı qanlu Bügdüz Əmən əlində zəbun oldı. Ağ saqallu baban Aruza qan qusdurdı. Meydan yüzində qardaşın Qıyan Selcik ödi sındı, can verdi. Qalın Oğuz bəglərin dəxi-kimini zəbun edüb, kimini şəhid eylədi. Yedi qatla Oğuzı yerindən sürdi. “Kəsim” dedi, kəsdi. Gündə iki adam, beş yüz qoyun istədi. Bunlu qoca ilə Yapağlu qocayı ana xizmətkar verdilər. Dört oğlı olan birin verdi. Üç olan birin verdi. İki olan birin verdi. İki oğlancığım vardı. Birin verdim, biri qaldı. Çevrildi, növbət gerü - mana gəldi. Anı dəxi istərlər. “Xanım, mana mədəd!” - dedi. Basatın qarannulu gözləri yaşla doldı. Qarındaşıyçun soylamış, görəlim, xanım, nə soylamış, aydır:
Qıran yerdə tikilmiş otaxların O zalım yıqdırdı ola, qardaş!
Yügrək olan atlarun tavlasından O zalım seçdirdi ola, qardaş!
Bisərək-bisərək dəvələrin qatarından O zalım ayırdı ola, qardaş!
Şülənində qırduğun qoyunun O zalım qırdı ola, qardaş!
Güvəncimlə gətürdügün gəlincügün O zalım səndən ayırdı ola, qardaş!
Ağ saqallu babamı
“Oğul” deyü ağlatdın ola, qardaş!
Ağca yüzlü anamı sızlatdın ola, qardaş!
Qarşu yatan qara dağım yüksəgi, qardaş!
Aqındılı görklü suyumun daşqunı qardaş!
Güclü belim qüvvəti, qarannu gözlərümün aydını, qardaş!
“Qardaşımdan ayrıldım!” deyü çoq ağladı, zarlıq qıldı. Ol xatun kişiyə bir əsir verdi. “Var, oğlum qurtar!” - dedi.
Xatun aldı gəldi, oğlı yerinə verdi. Həm “oğlun gəldi!” deyü Aruza muştladı. Aruz sevindi. Qalın Oğuz bəglər ilə Basata qarşu gəldi. Basat babasının əlin öpdi. Ağlaşdılar, bozlaşdılar.
Anasının evinə gəldi. Anası qarşu gəldi. Oğlancuğmı qucdı. Basat anasının əlin öpdi. Görüşdilər, bozlaşdılar. Oğuz bəgləri dərildi. Yemələr-içmələr oldı. Basat aydır: “Bəglər, qardaş uğrına Dəpəgöz ilə buluşuram. Nə buyurursız?” - dedi.
Qazan bəg burada soylamış, görəlim, xanım, nə soylamış! Aydır:
Qara əvrən qopdı Dəpəgöz,
Ərş yüzində çevirdim, alımadım, Basat!
Qara qaplan qopdı Dəpəgöz,
Qara-qara dağlarda çevirdim, alımadım, Basat!
Qağan aslan qopdı Dəpəgöz,
Qalın sazlarda çevirdim, alımadım, Basat!
Ər olsan, yeg olsan, mərə, mən Qazanca olmayasan, Basat! - dedi.
Ağ saqallu babanı ağlatmağıl!
Ağ birçəklü ananı bozlatmağıl!
Basat aydır: “Əlbətdə, varıram!” Qazan aydır: “Sən bilürsən”.
Babası ağladı, aydır: “Oğul, ocağım issüz qoma, kərəm eylə, varma!” - dedi.
Basat aydır: “Yoğ, ağ saqallu əziz baba, varıram”, - dedi.
Esləmədi, biləgindən bir tutam ox çıqardı, belinə soqdı. Qılıcm həm quşandı. Yayın qarusına bıraqdı. Ətəklərin qıvırdı. Babasmın-anasmın əlin öpdi, halallaşdı, “xoş qalun!” - dedi.
Dəpəgöz olduğı Salaxana qayasına gəldi. Gördi Dəpəgöz günə qarşu arxasın vermiş. Yalnuz çəkdi belindən bir ox çıqardı.
Dəpəgözün yağrına bir ox urdı. Ox keçmədi, paralandı. Bir dəxi atdı. Ol dəxi para-para oldı. Dəpəgöz qocalara ayıtdı: “Bu yerin sinəgi bizi üşəndirdi!” - dedi.
 Basat bir dəxi atdı. Dəxi paralandı, bir parası Dəpəgözün öninə düşdi. Dəpəgöz sıçradı baqdı: Basat gördi. Əlin-əlinə çaldı, qas-qas güldi. Qocalara aydır: “Oğuzdan yenə bizə bir türfəndə quzı gəldi”, - dedi. Basatı öninə qatdı, tutdı. Boğazdan salındırdı. Yatağına gətürdi. Ədüginin quncına soqdı. Aydır: “Mərə qocalar, ikindü vaqtı munı mana çevirəsiz, yiyəm”, - dedi. Yenə uyıdı.
Basatın xəncəri vardı. Ədügini yardı, içindən çıqdı. Aydır: “Mərə qocalar, munın ölümi nədəndir?” Ayıtdılar: “Bilməziz. Amma gözündən ğeyri yerdə ət yoqdur”, - dedilər. Basat Dəpəgözün başı ucma gəldi. Qapaq qaldırdı. Baqdı gördi kim, gözi ətdir. Aydır: “Mərə qocalar, sügüligi ocağa qon, qızsun!” - dedi. Sügüligi ocağa bıraqdılar, qızdı.
Basat əlinə aldı. Adı görklü Məhəmmədə salavat gətürdi. Sügüligi Dəpəgözün gözinə eylə basdı kim, Dəpəgözün gözi həlak oldı. Şöylə nərə urdı, hayqırdı kim, dağ və daş yangulandı. Basat sıçradı, qoyun içinə mağaraya düşdi. Dəpəgöz bildi kim, Basat mağaradadır. Mağaranın qapusm alub, bir ayağın qapunın bir yanma, birin dəxi bir yanına qodı. Aydır: “Mərə qoyun başları ərkəc, bir-bir gəl, keç!” - dedi. Bir-bir gəlüb keçdi. Hər birinin başların sığadı. “Toğlıcıqlar, dövlətim saqar qoç, gəl, keç!” - dedi. Bir qoç yerindən qalqdı, gərinüb sündi. Dəfi Basat qoçı basub boğazladı, dərisini yüzdi, quyruğıyla başını dəridən ayırmadı: içinə girdi. Basat Dəpəgözün öninə gəldi. Dəpəgöz də bildi kim, Basat dəri içindədir. Aydır:
“Ay saqar qoç, mənim nerədən həlak olacağım bildin? Şöylə çalayım səni mağara divarına kim, quyruğun mağarayı yağlasun!” - dedi. Basat qoçun başını Dəpəgözün əlinə sundı. Dəpəgöz buynuzmdan bərk tutdı. Qaldırıcaq buynuz dəriylə əlində qaldı. Basat Dəpəgözün budı arasından sıçrayub çıqdı. Dəpəgöz buynuzı götürüb yerə çaldı. Aydır: “Oğlan qurtuldunmı?” Basat aydır: “Tanrım qurtardı”. Dəpəgöz aydır: “Mərə oğlan, al şol barmağımdakı yüzügi, parmağına taq, sana ox və qılıc kar eyləməsün” Basat aldı, yüzügi parmağına keçürdi. Dəpəgöz aydır: “Oğlan, yüzügi alub taqındınmı?” Basat aydır: “Taqındım”. Dəpəgöz Basatın üzərinə qodı, xəncərlə çaldı-kəsdi, sıçradı gen yerdə durdı. Gördi kim yüzük genə Dəpəgözün ayağı altında yatur.
Dəpəgöz aydır: “Qurtuldunmı?” Basat aydır: “Tanrım qurtardı”.
Dəpəgöz aydır: “Oğlan, şol günbədi gördünmi?” Aydır: “Gördüm”. Dəpəgöz aydır: “Mənim xəzinəm var. Ol qocalar almasunlar. Var, möhürlə!” - dedi. Basat günbəd içinə girdi. Gördi kim, altun-aqça yığılmış. Baqaraq kəndözin unıtdı. Dəpəgöz günbədin qapusm aldı. Aydır: “Günbədə girdinmi?” Basat aydır: “Girdim”. Dəpəgöz aydır: “Şöylə çalayım ki, günbədlə dardağan olasan”, - dedi. Basatın dilinə bu gəldi kim, “La ilahə illallah, Məhəmməd rəsulallah!” - dedi. Dedi, həman dəm günbəd yarıldı, yedi yerdən qapu açıldı. Birindən daşra gəldi.
Dəpəgöz günbədə əlin soqdı. Eylə qaçdı kim, günbəd zirü zəbər oldı. Dəpəgöz aydır: “Oğlan, qurtuldunmı?” Basat aydır: “Tanrım qurtardı”, - dedi. Dəpəgöz aydır: “Sana ölüm yoğ imiş! Şol mağarayı gördünmi?” Basat aydır: “Gördüm”. Aydır: “Anda iki qılıc var; biri qınlu, biri qınsuz. Ol qınsuz kəsər mənim başımı. Var, gətür, mənim başumı kəs!” - dedi. Basat mağara qapusuna vardı. Gördü bir qınsuz qılıc durmaz: enər, çıqar. Basat aydır: “Mən muna bitəkəllüf yapışmayım”, - deyüb kəndü qılıcın çıxardı, tutdı. İki para böldi. Vardı, bir ağac gətürdi, qılıca tutdı. Anı dəxi iki para eylədi. Pəs yayını əlinə aldı. Oxla ol qılıc asılan zənciri urdı. Qılıc yerə düşdi, kömüldi. Kəndü qılıcın qınına soqdı. Balçağmdan ol qılıcı bərk tutdı. Gəldi, aydır: “Mərə Dəpəgöz, necəsən?” - dedi. Dəpəgöz aydır: “Mərə oğlan, daxı ölmədinmi?” Basat aydır: “Tanrım qurtardı”. Dəpəgöz aydır: “Sana ölüm yoğ imiş!” - dedi. Çağırub Dəpəgöz soylamış, görəlim, nə soylamış, aydır:
Gözüm, gözüm yalnuz gözüm!
Sən yalnuz gözlə
mən Oğuzı sındırmışdım.
Ala gözdən ayırdın, yigit məni!
Datlu candan ayırsun Qadir səni!
Eylə kim mən çəkərəm göz bunını,
Hiç yigidə verməsün Qadir Tanrı göz bu güni! - dedi.
Dəpəgöz genə aydır:
Qalarda-qoparda yigit, yerin nə yerdir?
Qarannu dün içində yol azsan, umun nədir?
Qaba ələm götürən xanınuz kim qırış güni öndin?
Ağ saqallu baban adı nədir?
Alp ərən ərdən adın yaşurmaq eyib olur,
Adın nədir, yigit, degil mana! - dedi.
Basat Dəpəgözə soylamış, görəlim, xanım, nə soylamış:
Qalarda-qoparda yerim Günortac!
Qaranu dün içrə yol azsam, umum Allah!
Qaba aləm götürən xanımız - Bayındır xan!
Qırış güni öndin dəpən alpımız Salur oğlı Qazan!*
Atam adın sorar olsan, - Qaba Ağac!
Anam adın deyərsən, - Qağan Aslan!
Mənim adım sorarsan, - Aruz oğlı Basatdır, - dedi.
Dəpəgöz aydır: “Əmdi qardaşuz, qıyma mana!” - dedi. Basat aydır:
Mərə qavat! Ağ saqallu babamı ağlatmışsan,
Qarıcıq ağ birçəklü anamı bozlatmışsan.
Qarındaşım Qıyanı öldürmişsən.
Ağca yüzlü yengəmi dul eyləmişsən.
Ala gözlü bəbəklərin öksüz qomışsan.
Qormıyam səni,
Qara polad uz qılıcım dartmayınca,
Qafalu-börklü başın kəsməyincə,
Alca qanın yer yüzinə tökməyincə,
Qardaşım Qıyanın qanın almayınca?
Qomazam! - dedi.
Dəpəgöz dəxi burada soylamış, aydır:
Qalqubanı yerimdən duram, deyərdim.
Qalın Oğuz bəglərindən əhdim bozam, deyərdim.
Yenidən toğanın qıram, deyərdim.
Bir gəz adam ətinə doyam, deyərdim.
Qalın Oğuz bəgləri üzərimə yığılub gələ, deyərdim.
Qaçubanı Salaxana qayasına girəm, deyərdim.
Ağır mancılaq daşla atam, deyərdim.
Enüb daş başıma düşübən öləm, deyərdim.
Ala gözdən ayırdın, yigit, məni!
Datlu candan ayırsun Qadir səni! - dedi.
Dəpəgöz bir dəxi soylamış, aydır:
Ağ saqallu qocaları çoq ağlatmışam.
Ağ saqalı, qarışı tutdı ola, gözüm, səni?
Ağ birçəklü qancıqları çoq ağlatmışam.
Gözi yaşı tutdı ola, gözüm, səni?
Bığçağı qararmış yigitcikləri çoq yemişəm.
Yigitlikləri tutdı ola, gözüm, səni?
Əlcügəzi qınalı qızcığazları çoq yemişəm.
Qarışçuları tutdı ola, gözüm, səni?
Eylə kim çəkərəm mən göz bunını,
Heç yigidə verməsün Qadir Tanrı göz yükini!
Gözüm, gözüm, ay gözüm!
Yalnuz gözüm! - dedi.
Basat qaqıb yerindən durı gəldi. Buğra kibi Dəpəgözi dizi üzərinə çökürdi. Dəpəgözün kəndü qılıcıyla boynını urdı. Dəldi, yay kirişin taqdı. Süriyi-süriyi mağara qapusına gəldi. Bunlı qoca ilə Yapağlu qocayı Oğuza muştçı göndərdi. Ağ boz atlar binübən yortışdılar. Qalın Oğuz ellərinə xəbər gəldi.
At ağızlu Aruz qoca evinə çapar gəldi. Atasına Basatın sevinc verdi: “Muştuluq! Oğlun Dəpəgözi dəplədi!” - dedi.
Qalın Oğuz bəgləri yetdilər. Salaxana qayasına gəldilər. Dəpəgözin başını ortaya gətürdilər. Dədəm Qorqud gəlübən şadlıq çaldı. Ğazi ərənlər başına nə gəldigin aydı verdi. Həm Basata alqış verdi:
Qara dağa yetdügində aşıt versün!
Qanlu-qanlu sulardan keçit versün! - dedi.
Ərliklə qardaşın qanın aldın. Qalın Oğuz bəglərini bundan qurtardın. Qadir Allah yüzün ağ etsün, Basat!” - dedi.
Ölüm vaqtı gəldügində arı imandan ayırmasun! Günahınızı adı görklü Məhəmməd Mustafaya
bağışlasun, xanım, hey!

İzahlar

[redaktə]