Məzmuna keç

Kitabi-tarixi Qarabağ/Üçüncü fəsil

Vikimənbə saytından
Kitabi-tarixi Qarabağ/İkinci fəsil Kitabi-tarixi Qarabağ Üçüncü fəsil

Kitabi-tarixi Qarabağ/Dördüncü fəsil
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,


PƏNAH XAN MƏRHUMUN ƏSİL VƏ

NƏSƏBİNİN VƏ QARABAĞ VİLAYƏTİNDƏ
HÖKUMƏT QILMAĞIN VƏ İSTİQLAL

BULMAĞIN BƏYAN EDƏR

Mirzə Camal mərhum yazar ki, Pənah xanın əsil-nəsəbi Cavanşir Dizaq elindən və Sarıcalı oymağındandır ki, Sarıcalı həm qədim Bəhmənli elindən bir firqədir ki, əyyami-sabiqdə Türküstan məmləkətindən gəliblər. Amma Mirzə Adıgözəl və başqa adamlar rəvayət edərlər ki, Pənah xan mərhumun əsil-nəsəbi Arqun xan Çingizə yetişir. Guya belə nisbət veriblər ki, dudmani-Çingiziyyənin dövlət və səltənətləri münqəriz olandan sonra o nəsildən birisi fərar edib gəlib əvvəl Gürcüstanın Lori qalasında məxfi və mütəvari olub, sonra xavaniniGəncənin işləri tərəqqidə olan zamanda gəlib Gəncədə onlara xidmət edərmiş. Sonra ali olan hümməti şöylə xanlara xidmət-güzar olmağı özünə ar bilib, oradan Qarabağa gəlib Cavanşir içində bəxti-cavani-yarıt qılıb, çox dövlət və mal və həşəm üz verib və bir fərzəndi-ərcüməndi və bir mövludi-səadətməndi dəxi təvəllüd edib ki, hüsni-vəcahəti və camali-bilətafəti həddən ziyad imiş. Pəs ol əxtər bürci-nəcabətə və ol mehr-süpehri-şərafətə Əli müsəmma ediblər və çün cəmali-rüxsarı və dürrbar olan məqal və göftarı ata-anasının gah misal olan qülubi-xatirələrini kəhrəba kimi məczubi-məhəbbət etmişdi. Bu səbəb kəsrətiməhəbbətdən və nəhayəti-mehrü ülfətdən ona Sarıca Əli [1] xitab ediblər və əz bəski dövlət və müknəti və malü qəniməti ziyad olduğu səbəbə yanında naxırçı və ilxıçı və çoban və muzdur və xidmətkar çox olublar. Həmin obanın adı o zamandan Sarıca Əlili qalmışdır və Pənah xan dəxi şul nəsildən əmələ gəlmişdir. Əlqissə, Pənah xanın ata-babası həmişə Cavanşir içində məşhur və məruf və sahibi-üsmü rəsm və nanü sahibi-hörmət və dövlətü ehsan olmuşlar və atasına İbrahim Xəlil ağa derlər imiş ki, çox qövm və qəbilə sahibi və arxa və əqrəbası ziyad olan şəxs imiş ki, vaqiən dövləti bipayan və avazəsi məzkurül-lisan və məşhuri-cahan olmuş. Belə ki, Ağdam qəryəsində bağı və damı və divarı və Arazbarda çarpayının mərabei və əsarı və yaylaqda həm İbrahim Xəlil ağa Qalağı deyilən imarəti və nişaneyi-ali miqdarı vardır. Bir nişanələri dəxi əllərində və bilfel Mehdiqulu xan evində Səfəviyyə padşahlarından fərmanları və rəqəmləri vardır. O cümlədən Şah Abbasi-sani Səfəviyyədən 1083-cü ildə və zilqədə ayında yazılıb [2], İbrahim Sultan Budaq Sultan oğlu Cavanşir adına ki, hakimi-ali-Cavanşir və Otuziki müxatib olub və yeddi yüz otuz nəfər süvari qoşun böyüyü və sərkərdəsi edib və məbləği-doqquz yüz tümən və yeddi min altun təbrizli məvacib müqərrər imiş ki, Pənah xanın cəddi imiş. Bu cür nişanələr, onların rüfət və nəcabətinə dəlili-vazehdir. Pəs o vaxtlarda ki, Nadir şah Əfşar Gəncə və Tiflis və Qarabağ və Şirvanat vilayətlərinə təsəllüq tapdı, qaydası bu idi ki, hər bir el və obanın və kəndin içində ki, bir kimsəni rəşid və kardan və zirək bilsə və eşitsə idi, götürüb öz hüzuruna onu xidmətkar və kargüzar edər idi. Və mənsəb və məvacib və hörmət verər idi. O cümlədən Cavanşir əhlindən qoşun cəm edən vaxtda İbrahim Xəlil ağanın böyük oğlu Fəzləli bəyi ki, asari-nəcabət və cəladət və rəşadət cəbindən zahir və namayan idi, aparıb hüzurunda əvvəl naib edib, sonra eşikağasılıq mənsəbinə münasib görüb öz qapısında saxlayıbdır. Əz qəzayirirdigar Fəzləli bəy bir az zamandan sonra vəfat edib, sonra kiçik qardaşı Pənah xanı ki, ilat arasında Pənahəli bəy Sarıcalı Cavanşir məşhur idi, şah eşidir ki, qardaşı Fəzləli bəydən dəxi rəşadətli və fərasətlidir, götürüb hüzuruna əvvəl böyük qardaşının mənsəbini və məvacibini ona verir. Sonra günbəgün rəşadətinə və hüsnü-xidmətinə görə mənsəb və məvacibini və rütbəsini artırır. Şul vaxtda ki, Nadir şah Gəncə və Tiflis və İrəvan və Naxçıvan və Şirvanat vilayətlərini Osmanlı sultanının qoşunlarının təsəllütlərindən çıxardıb Abdulla paşa Köprülü oğlu vəziri-əzəmiRum yüz min qoşun və çox top və tədarükat ilə sultani-Rum tərəfindən məmur olub gəlmişdi ki, Nadir şah ilə cəng edə. Nadir şah Gəncə mühasirəsinə məşğul ikən Abdulla paşanın şul əzim əsagirləri ilə İrəvana gəlməyini eşidib, Gəncə üstə qoşun qoyub; özü əlli min qoşun ilə Abdulla paşaya müqabil gedib Naxçıvan və İrəvanın Arpa çayında davalan vaqe olub, Rum qoşununu basıb və Abdulla paşa vəziri-əzəmi Rüstəm bəy Kürd Qaraçurlunu öldürüb başını Nadir şah hüzuruna gətirmişdi. Bəd əz Gəncə və Tiflis və Şəki və Şirvan və Naxçıvan və Qarabağ və İrəvan və sair bu vilayətlər tamam Nadir şahın təsərrüfunə yetişib Rumun qoşunların şəhərlərdən və qalalardan mürəxxəs edib, sair əsir və qoşunları Abdulla paşanın nəşi ilə Rum vilayətinə göndərib asayiş hasil etdi. Tamam şul davalarda Pənah xan rəşadətlər göstərib, həmə vəqt səfərdə və həzərdə Nadir şahın hüzurunda doğruluq ilə yaxşı qulluqlar və sədaqətlər edib, bu səbəbə şah hüzurunda sahibi-mənsəb olub, mərcu olan xidmətə sədaqəti-tamamilə qiyam edərdi. Neçə il bu minval ilə olub, günbəgün şahın mərhəməti ona ziyad olub, tay və tuşdan mənsəbi və mərtəbəsi artıq olur. Belə ki, paxıl və həsud kimsələrin adətidir, bir para şərir və bədxah adamlardan şah hüzurunda Pənah xanın qiybətini edib, məxfi və aşikar o qədər yaman sözlər qondarıb danışıblar ki, ta şahın məğazını Pənah xan mərhumdan mütəğəyyir ediblər. Elə ki Pənah xan əhvali-həqiqətdə bu növ görüb, canının qorxusundan dəxi dura bilməyib, o vaxta ki, şah Xorasan vilayətində imiş, fürsət tapıb zeyldə mərhum olan yeddi nəfər əqrəba və əğvam müxlisləri ilə oradan qaçıb, Qarabağ vilayətinə gəlibdir: Pənah xan, oğlu İbrahim xan, Lütfəli bəy Sarıcalı Pənah xanın bacısı oğlu, Seyidəli bəy, Hacı Məhəmməd bəy, Şahverən bəy, Hümmətəli bəy, Küküş bəy oğul-tamami Sarıcalı. Elə ki onun bu növ fərar etməyi şaha məlum olub çaparlar göndərib ki, bəlkə yollarda onu tutub gətirələr. Müyəssər olmayıb, ondan fərmanlar və hökmlər Azərbaycan sərdarına və Gəncə və Tiflis və Şirvan hakimlərinə yazıb ki, Pənah xanı hər yerdə tapalar, tutub şah hüzuruna göndərələr. Haman o vaxtlarda Pənah xanın ev və əyal və əqrəbaları Cavanşir ellərinin içində ki, şahın hökmü ilə Qarabağ vilayətindən köçürüb Xorasan məmləkətinə və Sərəxs torpağına aparmışdılar, orada qalıb və orada əhli-əyal və sair qövm və əqrəbalarını əgərçi şahın əmri ilə incidib və cərimə edib və zəhmətlər veriblər. Nəhayət, bir fayda hasil olmayıb. Pənah xan qaçıb özünü Qarabağ torpağına yetirib haman öz xəvasları və parə əqrəbaları ilə gahi Qarabağın dağlarında və meşələrində quldursayaq dolanıblar və gahi Nuxa vilayətinin Qəbələ mahalında övqat keçiriblər. Əlqissə, bu minval ilə iki-üç il güzəran ediblər. Tainki 1160-cı ildə [3] Nadir şahı Xorasanda qətlə yetirdilər.
Əhvali hamı bu vilayətlərə məlum oldu. Ondan sonra Pənah xan qorxudan çıxıb Qarabağ ellərinin içində özün zahir edib və yaxşı zirək və rəşid cavanlardan öz başına dəstə cəm edib, dəsti-qarəti-Gəncə və Şəki və Şirvan və Naxçıvan və qeyri vilayətləri aşıb, çalıb və çapıb götürüblər. Pəs öz məxsuslarını və hamı o cavanları ki, yanında var imişlər ev, at, əmlak, libas və yarağ sahibi edib. Bu əsnalarda xəbər yetişib ki, ilati-Cavanşir və qeyrilər ki, şahın hökmü ilə köçürüb Xorasana aparmışdılar, Nadir ki, məqtul olub təmamən xodsər köçüb öz əsil vətənlərinə mütəvəcceh olub gəlirlər. Pəs haman cəmiyyət ki, Pənah xanın yanında var idilər, onları götürüb ta İraq və Azərbaycanın sərhədinədək haman ellərin istiqbal və qənşərlərinə gedib, vəqti ki o ilat və camaatlar və qövm və əqrəbalan onu salamat və şöylə barüfət gördülər və yanında o növ xəvas və nökər və mülazimlər müşahidə qıldılar, hamısı həmdü şükürlər edib xoş-hal və məsrur oldular. Oradan bilittifaq Pənah xan ilə gəlib Qarabağ torpağına daxil oldular və hər kimsə öz əsli olan yerlərində və yurdlarında və məkanlarında fərağət olub əyləndilər. Çün, ilat əhli və Pənah xanın əqarib və əşairləri təmamən bivəz və çapılmış və soyulmuş və qarət olmuş və biqizü təfriqə olmuşdular. Və çox qürbət və zəhmətlər çəkmişdilər. Mərhum Pənah xan onlardan çox kəramət cavanlara at və əmlak verib özü ilə müttəfiq qılıb gedib Şirvan, Şəki, İrəvan, Gəncə və Qaradağ vilayətlərindən çalıb və çapmağa məşğul olub, hamı cavanları vəz və övza və əsbab sahibi edib və sair xalqlara dəxi at və mal və əsbab xələt vermək ilə özünə rəğbət qazandı və bir para bəziləri ki, düşmənçilik və müxalifət başladılar, onları dəxi bozxast və tənbeh və qətlü qarət etmək ilə özünə müti və münqad edib heç kimsənin Cavanşir və Otuziki və sair ilat və dəhat camaatlarından qadir olmadılar ki, Pənah xanın əmrindən və hökmündən və itaətindən təxəllüf və təcavüz edələr. Pəs Pənah xanın avazəsi tədric ilə müttəşir olub hər yerdə hekayəti və hər vilayətdə şöhrəti məzkur oldu. Elə ki Şirvan və Şəki hakimləri bu növ ilə Pənah xanın Qarabağda ümur və istiqlalını eşitdilər. Özlərinə bu əmri zərər və müxəl bilib bir-biri ilə göftü gu və müşavirələr edib, axır səlah bunu gördülər ki, hər ikisi ittifaq olub qoşun və cəmiyyət tədarük edib, Pənah xanın dəfinə kəməri-hümmət bağladılar. Çün o vaxtlarda Qarabağın xəmsəyi-əraminə mahalları Pənah xana müti olmamışdılar. Cavanşir və Otuziki və pareyi-ilat və dehatdan savayı qalan mahallat və vilayət itaət qılmamışdılar. Pəs səlah belə gördü ki, ilat içində bir münasib məqamda bir qala binası edə ki, hərgah ətraf xanları onunla dava və müdafiə məqamına gəlsələr labüdən ev və
əyal və əqrəbalarını orada mühafizət qılsın. Bu xüsusda lazım olan böyüklər və xəvasları ilə tədbir və müşavirə və məsləhət qıhb, onların səlah görməkləri ilə Bayat qalasını ki, imdi Kəbirli mahalındadır, bina qoyub və təcil ilə bir az zamanla hasar çəkib və möhkəm xəndək və bazar və məscid və hamam təmir edib, tamam ev və əhlü əyallarını və qövmü əqrəbalarını və böyük kəslərinin ev və əyallarını və əhli-mahaldan mötəbər kimsələrinin evlərini orada cəm edib və ətrafdan hətta Təbriz və Ərdəbil və Qaradağ əhllərindən əhli-sənət olan xalqlardan həm götürüb orada qəsəbə və şəhər kimi məğam bina eylədi və dəxi xəlayiq ətraf və cəvanibdən Pənah xanın avazeyi-hörmət və məhəbbət və müraatın eşidən kimsələrdən ev və əyal və külfətlərilə gəlib onun yanında orada məskən ixtiyar eylədilər və Bayat qalasının binası 1162 hicridə miladi ilə 1745-ci tarixdə [4] vaqe olub əncam və ixtital buldu. Elə ki Bayat qalası istehkam tapıb Pənah xanın işi binayi-tərəqqi və istehkam hasil etdi günbəgün cəmiyyəti və kisrəti və rüfəti və avazeyi-istiqlal və istiqrar və şöhrəti mütəzayid olub, bu avazə Şəki və Şirvan xanlarına artıq gəran və nagüvar gəlib öz bəski, Pənah xanın özündən və qoşunundan və cəmiyyətindən və adamlarından onlara zərər və nöqsanlar çox yetişmişdi və gələcəkdə dəxi özlərinə müxəll və yaği hesab edib, onun bu cür iddia və istiqlalını və təzayid əhvalını və rövnəqi-karını xəlafiməsləhət və özləri üçün nöqsan və zərəri-dövlət və rəfahət bilirdilər. Bu səbəbə Şirvanın və Şəkinin xanları hər ikisi ittifaq edib öz təvabelərindən çox qoşun fərahəm edib cəmiyyəti-tamam ilə Pənah xanın dəfinə və Bayat qalasının üstə gəldilər və qalanın ətrafını kəsib mühasirə etməyə məşğul oldular və Pənah xan dəxi yaxşı, rəşid və nami olan atlılardan, öz qövmlərindən və karaməd mülazim və təvabelərindən götürüb hər iki-üç gündə bir dəfə çıxıb qaladan kənara, bir
meydani-vəsi ki, düşmən qoşunu ilə qala arasında vaqe idi, orada tərhi-cəng salıb və dava edib, mərdanəliklər edərdi ki, tamam Şirvan və Şəki qoşunları xaif və hərasan olardılar. Bu minval ilə bir ay və ay yarım müddət mühasirə və dava olub xəvanin Şəki və Şirvan heç bir zəfər Pənah xana və təvabeinə və cəmiyyətinə tapa bilmədilər və dəxi hər gün və gecə qarət və zərəri-külli at-ulağlarına və qoşunlarına yetişib, axır gördülər ki, Pənah xana bir qələbə başarmayacaqlar, gəlməklərinə peşman və pərişan olub, qayət bidamaq və pərişanlıq ilə oradan köçüb geri qayıtdılar və çün xayib və xasir müavadət edirdilər. Yolda Hacı Çələbi ki, Şəki hakimi idi, bu sözü dedi: “Həqiqət Pənah xan, xan idi. Amma biz ki, gəlib belə qayıtdıq, onu şah qayırıb getdik” və bir də dedi ki, “Pənah xan şimdiyədək bir sikkəsiz gümüş idi. Amma bizim gəlib bu növ ilə qayıtmağımızla ona sikkə vurub getdik”. Bu sözlər əhamünnas arasında şimdiyədək zərbülməsəl olub qalmışdır. Əlqissə, Şəki və Şirvan qoşunları dağılıb hər kəs öz mənzil və məkanlarına getdilər. Pənah xanın bu müqəddəmələrdən sonra avazeyi-istiqlal və hökuməti və rəşadət və rüfətinin sədası və şöhrəti hər yerdə ziyad olub ruzbəruz tərəqqi qılıb, ondan sonra Xəmseyi-əraminə mahallarını özünə müti etmək əzminə düşdü.

Qeydlər

[redaktə]
  1. Mirzə Camala görə o, Sarıcalı Cavanşir adı ilə şöhrət tapmışdır. Bax: Mirzə Camal. Qarabağ tarixi, səh.14.
  2. Burada tarix səhv göstərilmişdir. Hicri 1083 miladi 1672/1673-cü ilə uyğun gəlir. Şah Abbas II isə 1642-1666-cı illərdə Səfəvi dövlətinin başında durmuşdur. 1083/1672-ci ildə Səfəvi dövlətini Süleyman şah idarə edirdi.
  3. Miladi tarixi ilə 1747-ci ildə
  4. Hicri 1162-ci il, miladi 1748-ci ilə bərabərdir.