Məzmuna keç

Kitabi-tarixi Qarabağ/İyirmi beşinci fəsil

Vikimənbə saytından
İyirmi dördüncü fəsil Kitabi-tarixi Qarabağ

Xatimə
"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,
QIZILBAŞİYƏ DÖVLƏTİ DÜBARƏ NƏQZİ-ƏHD EDİB,

İZHARİ-ƏDAVƏT ETDİYİN VƏ 1242HİCRİDƏ
MÜTABİQİ - 1826 - SƏNEYİ-MƏSİHİYYƏDƏ
NAİBÜSSƏLTƏNƏ ABBASMİRZƏ ŞUŞA QALASI
ÜSTƏ QARABAĞA GƏLİB, BURADAN MƏĞLUB OLUB
GETDİYİN VƏ RUSİYA QOŞUNU VƏ PASKEVİÇ
SƏRDARIN TƏBRİZƏDƏK ƏZM EDİB,
GETDİYİN VƏ AXIRINCI ƏHD VƏ
MÜSALEHƏ DÖVLƏTEYN ARASINDA
İSTEHKAM BULMAĞIN VƏ CƏNG VƏ
MÜNAZEƏ BİLMƏRRƏ QƏT OLUB,
VİLAYƏTLƏR ARAM VƏ FƏRAQƏT
OLMAĞIN BƏYAN EDİR

Dövləteyn-əliyyətey və səltənəteyni-behannəteyni-İran və rus arasında vaqe olan sülh və müsalihə ki, 1808-ci il [1] tarixi məsihiyyədə vaqe olmuşdu. Lazım olan qanunlarla təsbitləşmiş və layiq olan qaydalar ilə möhkəm və məbud var idi. O vaxta qədər ki, məsihiyyə tarixi 1826 oldu. Pəs haman ildə xalqın arasmda şayə və müntəşe oldu ki, mübaşirinidövləti-İran sülh peymamm pozmağı və viran etməyi lazım bilib, dava və ədavət fikrinə düşüblər. Əmnai-dövləti-Rusiya bu gunə kəlamata mütləqa bavər və etibar etməyib, kizb və xilaf buyurdular. Belə ki, bu əsnada imperaturi-əzim tərəfindən rəsuli-mötəmid və səfiri-mötəqid knyaz Menşikov İran dövlətinə rəsalət və səfarətə məmur olmuşdu. Gəlib Qarabağdan və Xudafərin körpüsündən keçib, İran dövlətinə elçiliyə getdi. Pəs bu əməl xalqı dəxi artıq fəriq və xatircəm elədi. Əlqissə, haman elçi Qoçandan übur edən vaxtda Qızılbaş sipahisi ilə mülaqat edib, dəxi məqdur olmayıb ki, əmnayi-dövlətə bu əhvalı izhar edib bu ətrafda olan hadisələrdən xəbərdar etsin. Ta ki, Qızılbaş əsgərləri və naibüssəltənə gəlib Araz suyundan keçən vaxtda neçə nəfər qazaxlar çayda bədənlərini şüs-tüşu edərmişlər. Onları mtub, məqtul edib, oradan keçib, gəliblər Gorus kəndində olan batalyonun sərvəqtinə. O günlərdə dəxi, batalyona öz naçalniyindən hökm sadir olub ki, təcili-təmam ilə qalaya azim olsunlar. Paruçik Səfərəli bəy ki, şul vaxtda Zəngəzur mahalatına naib idi. O da qoşuna bələd idi. Gorusdan batalyon çıxıb, qalaya gələrkən, yolda Gorunzor kəndinin yanında sipahi-Qızılbaş batalyona düçar olmuşdular. Orada dava və qital vaqe olub, hərarəti-aftabdan atəş və susuzluq qoşuna kargər edib, çox səyi-təmam və etdimami-malakəlam etmişdilər ki, özlərini Həkəri çayına yetirələr. Kapitan Hacı Ağalar bəy ki, mütaiQızılbaş idi, xəbərdar olub, neçə nəfər bəyzadələrin ittifaqı ilə əkradın süvarə və piyadələri ilə gəlib, çayın bu tərəfini kəsiblər. Bir heyət ilə, iki tərəfdən macal verməyib, soldatı aralığa alıb və bəzisini qılıncla öldürmüş və bəzilərini giriftari-kəməndi-üsar etmişdilər ki, onlardan bir nəfəri fəllahi olub fərar etməyə macal və məqdur olmamışdı. Pəs o gün naibüssəltənə oradan bu əsirləri götürüb, gəlib Gorunzorda Hacı Ağalar bəyə qonaq olub, oradan polkovnik Nazimovu və mayor Kovalevskini və sair tutulan afiserləri soldatlar ilə Fətəli şahın hüzuruna ki, o vaxt o qoşun ilə Ərdəbil şəhərində idi, fəthnamə göndərdi. Şah dəxi bu əvvəlinci fəthi baisi-fət və zəfər bilib, xoşhal olmuşdu. Haman vaxtda Mehdi-qulu xan Qarabaği dəxi Naxçıvanda sakin var idi. Şul 1242-ci ilin məhərrəmülhəram ayında [2] Fətəli şah bir fərman Mehdiqulu xana yazıb, guya onu Qarabağın hökumət və əyalətinə mənsub edib, naibüssəltənə xidmətində şəraiti-xülus və canfəşani əmələ gətirməyə təkid etmişdi. Mehdiqulu xan dəxi Əmirxan sərdar ilə Naxçıvandan əzimət edib, gəlib haman vaxtda Gorunzor kəndində şahzadəyə mülhəq oldular. Oradan sübh vaxtı köçüb, Mehdiqulu xanı Kuhistan səmtindən - kürd tayfalarının obalarının içərilərindən yola saldı. Özü Çanaxçı kəndində olan qoşunun sərvəqtinə əzm edib, təmam əsakir ilə yola düşdü. Ondan irəli Araz kənarında qazaxlar məqsul olanda Mehdiqulu xanın qardaşı Süleyman ağa pareyi-əqrəbaları ilə ki, o zamanlar Vərəndə mahalmda sakin idilər. Orada rugərdanlıq edib, xəyanəti-aşkar qılmışdılar. General Reutt ki, o vaxtda polk komandiri idi, piştdəstlik edib, qoşunu qalaya daxil eləmişdi. Amma onlar azuqə gətirənlərə macal verməyib, Zərgər və Sair ətrafda vaqe olan Cavanşir, Dizaq ilatları, Ağoğlanı və qoşunun
anbar və azuqəsini qarət və nəhib və tarac eləmişdilər. Şahzadə oradan Gorus yolu ilə Çanaxçı qəsdinə azim olub, yolda bu əhvalı eşitdi. Yolu döndərib, qala canibinə barvər oldu. Gəlib haman həmlə ilə yürüş edib, qalanın (bir) gülləlik (məsafəsinə) və hətta barının dibinədək gəlib yetişib, sonra fikir və tədbir nə olmuşdursa, genə oradan müraciət edib, kənar olmuşdular. Bir para ermənilər şuşakəndli Səfər yüzbaşını götürüb, qalanın cənub səmtində vaqe olan Xəzinə qayasında səngər edib, oturmuşdular. (Şahzadənin əsgərləri) onların səngərlərini dəxi tutmaqda aciz olmuşdular. Amma şəhəri və qalanı mühasirə və əhatə edib, nikani-ənguş-tər kimi arahğa aldılar. Məhz əhaliyi-şəhərdən qeyri-Qarabağın təmam ilat və dihatı-mütii-Qızıl-baş olub, məcmu vilayətin bəyləri və məlikləri və kəndxudaları küllən Mehdiqulu xanın hüzuruna gedib, o da naibüssəltənə xidmətinə yetirib, tanıdıb, orada xədamət əncamı ilə xulaifəxirə və ənamati-vafırələr ilə faydamənd oldular. Bəd əz an Qarabağ qoşunu da Qızılbaşa kömək edib, şəhərin üstünə hücumavər oldular. Hər gün qalada müharibə vaqe olub, iş yəs və naümidliyə çəkdi. Dəxi bu əsnalarda Talış vilayətindən Rusiya qoşununun çıxmağı səbəbinə Talış xanları həm Rusiya dövlətindən rugərdan olub, Mirhəsən xan hakimiTalış öz qardaşlarını burada naibüssəltənə hüzuruna göndərib izhari-itaət elədi. Mustafa xan şirvanlı dəxi, gedib daxili-vilayəti-Şirvan olub, əhlivilayəti təhrik qılıb, onlar dəxi məcmuən itaətə gəldilər. Hər canibdən üsyan və tüğyan avazəsi bülənd olub, həvaxahi-dövləti-Qızılbaşiyə ilə havalar başladılar. Dəfəat ilə Rusiya qoşunu ilə cəng və müharibat vaqe oldu. Axırül-əmr Şirvan vilayətində hər nə ki, qoşunlar var idi, bilkülliyə cəm olub, Quba vilayətinə getdi. Şirvan vilayəti xali olub, Mustafa xan yenə istiqlali-təmam ilə Şirvanda hakim oldu. Köhnə Şamaxını darülimarə qılıb, əyləşib, Qızılbaşa itaət qıldı. Həmçinin Şəki vilayətində olan Rusiya böyükləri Şəkini xali edib, Tiflisə getdilər. Şəkili Hüseyn xan Səlim xan oğlu dəxi Şəkidə hakim olub, məshədi-xanlıqda istiqlal buldu. Dəxi, Zurnaabada olan Rusiya qoşunu xahişmənd oldular ki, daxiliGəncə olub, oradan Tiflisə gedələr. Əhaliyi-Gəncə onlara mane olub, şəhərə qoymadılar. Qoşun müraciət qılıb Uğurlu xan dəxi Gəncədə xanlıq və hökumət əmrinə mənsub və müstəqil oldu. İrəvan səmtində Hüseyn xan sərdar və qardaşı Həsən xan gedib, Pənbək və Şuragildən knyaz Davud mirzə (Savarsamidze) xaric olandan sonra Rusiyanın orada olan təmiratlanm və dam-daşlanın yıxıb və yandırıb, tamam oralara malik oldular. Hətta Həsən xan gedib, Borçalı mahalında Göyçə altında olan nemsələri qarət edib, əsirlər gətirdilər. Və arabir də, hər gün qızılbaşlar belə təqrir edirdilər ki, sərdar Yermolov Tiflisi xali edib, Rusiyaya (gedib) general Mədətovdan dəxi bir əsər hənuz yox idi. Bu qərar ilə bir müddət keçib, ta bir vaxtadək, sonra xəbər gəldi ki, sərdar Yermolov Tiflisdə kamali-aram və qərar ilə əyləşib, Mədətov general dəxi Rusiyadan çox hədsiz qoşun ilə gəlibdir. Belə xəbər verirlər ki, padşahın öz xassə qoşunudur. Bu xəbərləri eşidəndən sonra Qızılbaş öz qəflət yuxusundan bidar olub, naibüssəltənə öz vəliəhdi Məhəmməd mirzəni və dayısı Əmir xan sərdan külli qoşun ilə və Nəzərəli xana həm sərbaz verib göndərdi ki, gedib Gəncədə oturub kəmali-sər və ehtiyat ilə qaladarhğa məşğul olsunlar. Müharisəti-ədada lazım ehtimal qılsmlar ta görsünlər, sərəncami-kar nə yerdə münəccər olur. Burada qalanı mühasirə qılandan bir neçə gün sonra şahzadə öz yaxını olan Bican xanı ümid və nəvid və nəva-zişlər ilə qalaya irsal etmişdi ki, qalanı təslim eləyim. Bu tərəfdən dəxi mayor Klugenaunu qaladan şahzadənin yanına elçi göndərdilər. Pareyi güftəku və müşavirə və mühavirələr vaqe olub, axır qərardad belə olmuşdu ki, komendant mayor Çilyayevi bir kapitan ilə Qızılbaşa zaval verdilər. Mayor Klugenaunu və bir yüzbaşı da Qızılbaşiyyə tərəfindən müttəfiq, sərdar Yermolovun hüzuruna Tiflisə göndərdilər ki, sərdar Yermolov qala təslim olunmağa razı olsun. Onlar Tiflisə gedəndən sonra sərdar Yermolov cavabda yazmışdı ki, Rusiya zəbanında kapitulyasiya sözü yoxdur. Çünki kapitulyasiya sözünün mənası (fransızca) qala təslim etməyə deyirlər. [3] Pəs, mayor Klugenaunun özü orada qalmışdı. Kağızı bir İbrahim adlı yasavuldan bu tərəfə göndərmişdilər. Burada kağızı tutub vermədilər. Əlqissə, bu hal əsnasında İraq tərəfindən Allahyar xan çox olan iraqh qoşunu ilə gəlib, şahzadə mülhəq oldu. Dübarə qala üstə yürüş binası qoydular. Yenə bir murad hasil olmayıb, həvaliyi şəhərdə ordu edib, əyləşdilər. Bu hala Əmir xan sərdarın Mədətov general ilə Şəmkirdə (Şamxorda) davaları olduğunu və Əmir xan ölüb, qoşunları dağılıb, şikəst bulduğunu naibüssəltənəyə xəbər verdilər. Elə ki şahzadə bu xəbəri eşidib, ətraf qaladan köçüb, Ağdama düşdü, oradan komendant Çilyayevi və Mirzə Adıgözəli və şul kapitam Təbrizə yola saldı. Özü qoşunu ilə Gəncə tərəfinə azim oldu. O tərəfdən general Mədətov ki, gəlib, Şəmkürdə sərdar Əmir xan ilə dava edib, Əmir xan orada qətlə yetişib, qoşunu şikəst olmuşdu. Ondan Mədətov qoşun ilə gəlib, Gəncəyə daxil olmuşdu. Onun ardınca general feldmarşal İvan Fyodoroviç Paskeviç qoşuni-əzim ilə gəlib, onlara qoşulub, Gəncədə bir neçə gün aram və asayiş edirdilər ki, Qızübaş üstə gələlər. Bu halda şahzadə Abbas Mirzə bu tərəfdən köç bir köç, gedib Gəncə torpağma daxil olub, yük və çadırlarını Kürək çayında qoyub, özü yalnız süvarə qoşununu və sərbazları götürüb Gəncənin Zazalı nam arxının üstündə gecə yatıb, sübhdən ki, sərdar Paskeviç və general Mədətov qoşunlarına nizam verib, Şeyx Nizami məqbərəsinin yanına gəlmişdilər. Orada Qızılbaş ilə üzbəüz gəlib, mülaqat oldu. Pəs orada bir əzim cəngi-sultani vaqe olub, bir neçə saat atəşi-cidal naireyi-qital şiddəti-təmam ilə dava edib, axır ki, sipahiQızılbaşiyə münhəzir olub, basüdılar. Naibüssəltənə nə qədər guşiş etdisə, şikəsti-bəst eləmək mümkün olmayıb, oradan qaçaraq bir gün bir gecədə gəlib, Arazdan keçmişdilər. İki topları dəxi Tərtər çayı ilə İncə çaymın arasında qalmışdı. Amma bir xüsusi dəstə sərbaz o davadan sabitqədəm olub, qoşunları məğlub olub, fərar edəndən sonra Rusiya əsgərləri ilə mərdanə cəng edib, qaçmamışdılar. Ta ol qədər ki, barıt və güllələri var imiş, təmam olana kimi tədarükləri olub, ondan məqtul və dəstgir olmuşdular ki, o zamanda onları çox tərif edirdilər.
Əlqissə, Qızılbaş o cəmi kəsir olan qoşunları ilə ki, orada basılıb və qaçıb Arazı keçmişdilər, gedib o tayda təmam pərakəndə olub, dağılmışdılar. Naibüssəltənə dəxi Ərdəbildə Fətəli şahın hüzuruna getmişdi. O dəmlərdə ki, şah özü həm Ərdəbildən köçüb, Əhər qəsəbəsinin yanında Təviləyi-Şam adlı məhəldə düşüb təvəqqüf edirdi. Orada şah ilə mülaqat edib, bir para sərkərdələrindən və qoşunun-dan şikayət edib, Rusiya dövlətinin sipahını və sərkərdələrini şaha tərif eləmişdi. Ondan (sonra) oradan Təbriz və Tehran canibinə azim olmuşdular. Paskeviç sərdar dəxi o səfərdə gəlib Qarabağa Təxti-tavusda ki, Dizaq mahalında və Quru çay üstə bir məhəldi, orada qoşun ilə bir müddət əyləndi. Çərəkən kənarında bir ay yarıım dayandı. Əlhəqq Məlik Aslan bəy Dizaqi o vaxtdan sərdar Paskeviç xidmətində çox layiqli xidmətlər eləmişdi. Orada qoşuna nabələd vaxtı çox tüncü və tədarükat hazırlayıb, sərdarı və qoşunu məmnun və razı eləmişdi. Bir növ ilə sərdar feldmarşal Varşavda olanda dəxi onu razılıq ilə yad etmiş və xatırlamış, oğlu kapitan Firudin bəyə o mükafata görə çox iltifat və mərhəmətlər eləmişdi.
Əlqissə, haman vaxtlarda ki, Paskeviç sərdar qoşun ilə Qarabağda dayanırdı, onda Mustafa xan hənuz Şirvanda, Hüseyn xan dəxi Şəkidə öz hökumətlərində var idilər. O hallarda Hüseyn xan şəkilinin qardaşı Hacı xan Şəkidən qoşun fərahəm edib, gəlib Goran çaymda Mirzə Adıgözəl bəyin obalarını çapıb, əlavə bir para kəndləri qarət və nəhib edib, aparmışdı. Mustafa xan dəxi Şirvandan kamali-asayiş ilə xudsər köçüb, öz evinə Qaradağa getmişdi. Amma Hüseyn xan hənuz Şəkidə məqs qalmışdı, ta ki, sərdar Paskeviç bu tərəfdən qoşun ilə gedib, Nuxanın üç ağaclığına yetişən vaxtda Hüseyn xan tabi-müqavimət gətirməyib, Şəkidən fərar edib, Arazdan keçib, İran dövlətinə getdi. Paskeviç sərdar dəxi Arazdan Qaradağ ölkəsinə übur edib, oradan çox çəpavül və qəsbiqarət və əsir gətirib, Qarabağda xalqı cabəca və xatircəm edib, ondan izafə ləşkərini götürüb, Tiflisə azim oldu. Ondan sonra bir dəfə dəxi general Mədətov Qarabağ və Şirvanat qoşunlarını cəm qılıb, soldatı dəxi götürüb, Arazı keçib, Mişkinədək gedib, Mişkin və Qaradağdan külli qarət və çapavul edib, Şahsevən xanlarım müti edib, onlara xəyanət fikrinə düşmə-məkdən (ötrü) aid verdirib, sonra oradan müraciət etdi ki, ona da Mişkin çapqmı deyərlər. Hənuz, əlsəneyi-əvamda məzkur və məşhurdur. Mədətov general dəxi oradan qayıdandan sonra Tiflisə getdi. Təhiyyeyi-tədarük bina edirdi ki, bahar fəsli olanda İran tərəfmə əzimət etsin. Sərdar Yermolov tədarükati-şayan və istedadi-fıravan ilə Mədətovu yola saldı ki, İran səfərinə getsin. Mədətov dəxi Xudafərin körpüsünədək gəlmişdi. Qızılbaş dəxi istiqbal edib; bazari-kiridar gərm olub, binayimərikə başlanmışdı ki, Yermolov sərdarlıqdan məzur olub, Paskeviç sərdarlıq ümurunda istiqlal buldu. Baş sərdarhğa təkyə qıldı. Bəd əz an polkovnik knyaz Abxazovu bu vilayətlərə naçalnik və hakim pəst qılıb, Mədətovun ziri-hökmündə olan qoşunları təmam general Pankratova tapşırdı. Abxazovun ştab naçalniyi edib, beş günədək Tiflisdən Xudafərin körpüsündə olan orduya özün yetirib, gecə yatıb, işləri Mədətovdan alıb, sübh Mədətovu Tiflisə yola salıb, qoşunu oradan köçürüb, qayıdıb gəlib Vərəndə mahalının Qozlu çayına daxil oldu. Sərdar Paskeviç özü dəxi tədarükati-şəyan ilə İrəvan səmtinə hərəkət edib, o sahətləri təsxir etməyə müsənnəm oldu, İrəvan sərdarı Hüseyn xan sərdar hər tamam ilatı köçürüb, yalnız bir Sərdarabad və bir də İrəvan qalasım mühafızət etməkdən ötrü qardaşı Həsən xanı qala içində qoyub, özü ətraflarda gəzirdi. Bu əsnada, general-mayor sahibi-həmail Mehdiqulu xan hakimi-Qarabağ ki, o vaxtlarda Daral-gözdə idi, Paskeviç ilə amadu-rəfti vaqe olub, İran dövlətindən rugər-danlıq qılıb, yenə bu dövlətin itaətinə gəlmək istədi. Knyaz Abxazov Pankratov ilə mühavirə və müşavirə edib, iki batalyon qoşun götürüb gedib, Ağ karvansarada ki, şul vaxtda iki sərhədi-dövləteyn idi, Mehdiqulu xanı (oradan) götürüb, xatircəmliklər verib, öz təvabei və ləvahədləri ilə köçürməyə məşğul oldular. Pəs o halda Ehsan xan Naxçıvani ki, haman vaxt qoşun ilə Abbasabad qalasının mühafızət edəni idi, xəbərdar olub, knyaz Abxazovun yanına adam göndərib, hali etmişdi ki, bu səmtə gəlsin ki, mütəvəcce olan kimi qalanı onlara təslim edirəm. Bundan sonra əhvalı bu növ görəndə, tutiya və təmhid edib, amma sərdarın izni olmamağa binaən cürət etmədilər. O dəmdə oradan Abbasabad səmtinə getmədilər. Qayıdıb Qarabağa gəlib, buradan macəranı sərdar hüzuruna ərizədaş qıldılar. Sərdar Paskeviç bu xəbəri eşidən zamanda İrəvan təsxirdən əl çəkib, Abbasabad səmtinə hərəkət elədi. Əmnai-dövləti-Qızılbaşiyyə bu əhvalı istima edən kimi Məhəmmədəmin xan Qacar neçə əlavə xanlar, çoxlu qoşun və sərbazi-bəxtiyari ilə Abbasabad qalasına irsal qıldılar. İxtiyariqəleyi Abbasabad Ehsan xandan səlb olundu. Sərdar Paskeviç gəlib, Abbas-abadı mühasirə etdi. Naibüssəltənə dəxi o tərəfdən əsakiri-firavan ilə gəlib, qənşərə nümayan oldu. Pəs, Paskeviç əvvəl suvariye-Qazağı, sonra əqəbincə soldatı müqərrər etdi ki, Abbas Mirzəyə müqabil gedələr. Onlar Arazdan übur edib getdilər. O tayda Abbas Mirzə ilə cəng və dava etdilər. Az zamanda Abbas Mirzə məğlub oldu. Əsakiri-Rusiya qayıdıb, qalanm çar ətrafmdan yürüşə başladılar. Xəndəklər qazıb sibələr yeritdilər. Çün əhaliyi-qala Abbas Mirzənin imdadından məyus olub və sibənin yaxınlaşmağını gördülər. Ehsan xanı da özlərinə qarşı xain bilib, qalanı təslinı etməyə razı oldular. Pəs qala müsəxxər olandan sonra ki, orada olan təmam top və tədarükat və anbarlar təsərrüfə gəldi, sərdar qalada olan Məhəmmədəmin xanı və baqi xanları və sərbazı əsir edib Qarabağ yolundan Tiflisə rəvanə elədi. Ehsan xanı xidmətinin əvəzində Naxçıvanda naib edib, ondan sonra qəleyiAbbasabadda kurval (qalabəyi) təyin edib, havanın yay fəslində hərarət ifrat olmaq səbəbinə oradan köçüb qoşun ilə Qarabağ yaylağma gəlib, orada aram və asayiş binası qoydu. Sonra Abbas Mirzə eşitdi ki, təxribibinayi-qəla üçün Rusiya tərəfındən böyük toplar gətirirlər. Rəqəmlər (əmrlər) yazıb, Arazın o tərəfindən ilqar edib, Avaran nam məhəldə Rusiya qoşunu ilə bir əzim cəngi-sultani edib, hər iki canibdən rəşadət və cəladət zühura gəlib, amma susuz-luq cəhətinə soldata çox zərər yetişmişdi. General Krasovskiyə necə güllə dəyib, şahzadə buna iktifa edib, çox şad və xürrəm olub, ora-dan qayıdıb, azimi-darüssəfayi-Xoya varid olmuşdu. Elə ki sərdar Paskeviç Qarababa yaylağmda bu hadisəni eşitdi, ehmal və isqah orada qoyub, o kirü dara azim oldu, ta sərdar oraya yetişənədək, şahzadə çıxıb getmişdi. Sərdar oradan topları götürüb, əvvəla Sərdarabad qalasını tupayi-atəşbar sədamati ilə viran və yer ilə yeksan edib, müsəxxər elədi. Oradan çox hədsiz zəxirə və tədarük və bünə təsərrüfə gətirdi. Ondan fariq olandan sonra İrəvan qalasma rəvanə oldu. Və oradan dəxi bir neçə gün nayireyi-qital və atəşi-cəng və cidal şölələnib, haman əjdahədəm olan toplar ilə qəleyi-İrəvanm bürc-barısmı dağıdıb əhaliyi-şəhr çox səy və təlaş əmələ gətirib, istədilər ki, guşişitəmam ilə mane ola bilələr. Məqdur və müyəssər olmadı. Nəhayət, Həsən xan və sair ümərayi-İran dəstgir və qəleyi İrəvan məftuh və təsxir olurdu. Sərdar oraları təsərrüfə gətirib, tənzim və tənsiq etdikdən sonra qoşununu cəm edib, əşhəbi-əziməti-Xoy səm-tinə kərəmi-cövlan elədi. Qarababa yaylağmda olan qoşuna ki, knyaz Eristov sərkərdə idi. Hökm qıldı ki, Təbriz canibinə ərəqraz şitab olsun. Özü Arazı keçib, gedib bir az müddətdə Xoy vilayətini müsəxxər etmişdi. Knyaz Eristov dəxi bi cəngicidal və biduni-sitizə və qital sahəti-Təbrizi öz ixtiyarına keçirdi. [4] Abbas Mirzənin cəmiyyətləri pərakəndə olub, özü nəhayət şərməndəlik ilə Marağa hüdudunda övqat keçirirdi. Sərdar Paskeviç daxili-Dehxarqan olmuşdu. Hərçənd Abbas Mirzə tədbir etdi, dəxi bundan savayı çarə bilməyib, bir neçə nəfər üməraların ittifaqı ilə birlikdə sərdarm hüzuruna azim oldu. Sərdar Paskeviç dəxi təzim və təkrimdə dəqiqeyi-naməri etməyib, o ki lazımeyirəviyyə və rəftar idi, əmələ gətirib, müddəti-mədid bir yerdə qaldılar. Aralannda müsalehə və sərhəd və qəramətdən ötrü müşavirə və damşıqlar çox vaqe olub, şah dəfül-vaxt edərdi, razı olmazdı. [5] Axırda bunlar bir-biri ilə danışıq və məsləhətlər edib, ayrıldılar. Sərdar darülsəltəneyi-Təbrizə gəldi. Abbas Mirzə öz məmalikinə azim oldu. Miyanlarında əqdi-irtibatimöhkəm və rişteyi-ülfət və ixtilat müstəhkəm idi. Dedilər ki, bu binayimüsalihəni təxrib edən, şahdan qeyri-bir əhəd deyildir. Pəs sərdar vilayətlərə, özünün qalib qoşunlarına hökmlər yazıb, avazələr saldılar ki, buni-saf şahın öz darül-xilafəsinə lazımdır gedəm və paytaxtı olan şəhəri gərək zəbt edəm. Naibüssəltənə dəxi atasma yazıb, bu sadir olan əhvalatı izhar edirdi. Əxbar etdi ki, sərdar şimdi nagəhan bəla kimi üstünə gəlməkdədir. [6] Axır ki, şah dəxi müsalihəyə razı olub, Türkmənçay adlı məhəldə müsaliheyi-möhkəm vaqe oldu. [7] Araz çayının sərhədidövləteyni-əliyyəteyn qərar qoyub, yeddi kürur pul cərimə verməyə razı oldular. [8] Neçə məşrutat və müahidat edib, Xoy vilayətini cərimə ödənən zamanadək rəhn və girov aldılar. Bundan sonra cərimə pulu gəlib çıxdı. Ondan sonra Xoyu da mübaşirini-dövləti İrana həvalə edib, sərdarivalatabar qoşunu götürüb, darüssürur Tiflisə müraciət etdi. Qalib və müzəffər gəlib, Gürcüstana varid oldu. Dəxi o müddətdən şimdiyədək vilayət kəmali-asayiş və fəraqət ilə aram və istiqrar tutub, günbəgün abad olmaqdadır. Şimdi xəlayiqi-padşahi-zillüllah aləm pənahın zillihimayəsində kəmali-rahətlik və asudəlik ilə məişət və güzəran edib, əmnai-dövləti-əliyyənin əmr və dövlətlərinə duagu vardırlar. Həqqsübhanə və təala bu dövləti-daimül-qərarı ədalət və mürüvvət ilə daim və əbədi etsin. Amin, ya müin.

Qeydlər

[redaktə]
  1. 1808 tarixi səhvdir, 1813-cü il olmalıdır
  2. Hicri 1242-ci il məhərrəm ayı – miladi 1826-cı ilin avqust ayına təsadüf edir.
  3. Xəzani qələmə aldığı bu hissələri Mirzə Adıgözəl bəydən (bu nəşrin I kitabı, səh.95) götürmüşdür. Orada Yermolovun cavabı aşağıdakı kimi verilmişdir: "Rus dilində kapitulyasiya yoxdur, çünki kapitulyasiya fransız dilində qalanı təslim etməyə deyilir"-
  4. Rus qoşunları 13 oktyabr 1827-ci ildə Təbrizə girdilər. 226
  5. Danışıqlar 7 noyabr 1827-ci ildə başladı. İngiltərə və Türkiyənin təkidi ilə şah danışıqları uzadırdı, çünki Türkiyə tezliklə Rusiyaya müharibə elan edəcəyini şaha söz vermişdi.
  6. Rus qoşunları bu müddətdə, yəni 28 yanvar 1828-ci ildə Urmiyanı, 8 fevralda Ərdəbili tutdular.
  7. Türkmənçay sülh müqaviləsi 10 fevral 1828-ci ildə bağlandı.
  8. Müqaviləyə görə İran Rusiyaya 20 mln. manat gümüş pul verməli idi.