Məzmuna keç

Kitabi-tarixi Qarabağ/Onuncu fəsil

Vikimənbə saytından
Kitabi-tarixi Qarabağ/Doqquzuncu fəsil Kitabi-tarixi Qarabağ Onuncu fəsil

Kitabi-tarixi Qarabağ/On birinci fəsil
"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,
AĞA MƏHƏMMƏD ŞAHIN İRANDA

CULUS ETMƏYİN VƏ QALA ÜSTƏ
QARABAĞA GƏLİB, BİNEYİ-MƏRAM
QAYIDIB GETMƏYİNİ VƏ

PAREYİ-VƏQAYEYİ BƏYAN EDİR

Tarix səneyi - 1206 olanda Kərim xan Zənd vəfat etdi [1]. Vəkili-İran Kərim xan Zənd vəfat edib, Ağa Məhəmməd şah ki, Qacar Məhəmmədhəsən xanın oğlu idi, şul vaxtlarda Şiraz şəhərində zaval rəsmilə olurdu. Elə ki Kərim xan Zənd vəfat etdi, Ağa Məhəmməd xan oradan çıxıb padşahlıq iddiasına düşüb, bir neçə il səy və guşiş edib, ta ki, İraq və Fars məmləkətlərinə təsəllüt tapıb və Tehran şəhərini özünə darüssəltənə qayırıb müstəqil oldu. [2] Dəxi tarixi-islamiyyə səneyi 1280 sənədə olanda məmləkətiAzərbaycana varid olub və tam Azərbaycanın cənub tərəflərini taki, Arpa çayınadək ələ keçirib [3] ondan sonra Arazın bu tərəflərini ki, İrəvan və Talış və Şirvanat və Gürcüstan və Qarabağ və qeyri zəbt etmək niyyətinə düşdü. Əvvəl dəxi İbrahim xana xələt və şəmşir və qızıl əsbablı at göndərib öz itaətinə dəvət eylədi və İbrahim xan tərəfindən dəxi zəbani-itaət izharı və təarüfat küftarı əmələ gəlib bir neçə müddət elçiliyi tərəfeyi gəlib-getməkdə oldu. O cümlədən mərhum İbrahim xan öz əmuzadəsi Əbdüssəməd bəyi Mirzə Vəli Baharlı ilə ki, o da bir kardan və şirinzəban adam idi, zaval rəsmilə Ağa Məhəmməd şahın yanına göndərib və şah dəxi orada onları kəmali-hörmət ilə hüzurunda saxlayırdı. Bir az müddət bu minval ilə keçib, ondan sonra bir para düşvar təkalif və hökmlər İbrahim xana eylədi. Xan baxıb gördü ki, ondan buyi-ülfət məşami-təmənnayi gəlmir. Dəxi onun təkliflərini qəbul etməyib və hökmlərinə məhəl qoymadı. Bu səbəbə miyanlarına ədavət və küdurət düşüb, aralarında bərhəmzədəlik oldu. Pəs 1208 səneyi-islamiyyədə (1793) [4] Ağa Məhəmməd şah əsakiri-əzim və cəmiyyəti-kəsir ilə Gəncə və İrəvan və Tiflis və Qarabağ və Şirvan vilayətlərini təsxir əzmilə Azərbaycan sövbinə hərəkət edib, əvvəla Şahsevən Əliqulu xanı ki, onun ümdə sərkərdəsi idi, bir para xəvanin ilə İrəvan üstünə məmur edib və özü dəxi İraq və Fars və Xorasan və Azərbaycan məmləkətlərinin tamam ləşkəri ilə Qarabağa və Şuşa qalasını təsxir etmək üçün azim oldu və gəlib Arazı keçib Şuşa qalasının on iki verstliyində Qaraxan mənzilində düşüb ordunu əylədi. Ol vaxtlarda, çünki Tiflis valisi İrakli xan, İrəvan hakimi Məhəmməd xan, Talış hakimi Mir Mustafa xan mərhum İbrahim xan ilə and içib həmqəsəm olmuşdular ki, heç vaxt Ağa Məhəmməd şahın itaətini qəbul etməyib bir-birilə hər halda müttəhid və müttəfiq olalar və bir-birinə məqdur olduqca mədəd və kömək edələr. Bu səbəbə Qarabağın ilat və tərakimə xalqının bir paraların Tiflis səmtinə və bir parasın Şirvan tərəfinə ki, Şirvanatda Mustafa xanı İbrahim xan mənsub etmişdi, o səmtlərə göndərib və baqi ilat xalqının ki, əksəri dəftərdə və siyahidə qoşun cümləsindən idilər, Qarabağın dağlarında və qalanın içində sükunət verib, çox olan atlı və piyada Qarabağın ilət və dehatından və mahallarından cəm edib və külli olan tədarüklər ilə və böyük və kiçik toplar ilə müstəidiqital və amadeyicəng olub qaladarlıq əsbabına məşğul oldular. Ağa Məhəmməd şah müddəti-otuz üç gün qalanın həvaləsində əylənib və Çiləbörd mahalının mələyi Məlik Məcnun dəxi, keçən övqatda İbrahim xandan rugərdan olub və Qarabağdan fərar edib, gedib Gəncə vilayətində gəncəli Cavad xanın yanında olurdu. Cavad xan Gəncədən onu da özü ilə götürüb, gəlib Qarabağdan Ağa Məhəmməd şahın hüzurunda ona müttəfiq oldular. Şah dəxi bu müddətdə o qədər əsakiri-əzim və cəmiyyətikəsir ilə qadir olmadılar ki, qaladan altı verst kənar olan Şuşa çayının o tərəfindən qala tərəfinə keçə bilələr. Atlı və piyada, Qarabağın sərkərdələri və qoşunu, ilat və dihat xalqları və Dizaq və Vərəndə və Xaçın mahallarının məlikləri və əlilləri dərələrdə və meşələrdə və güzərgahlarda qızılbaş qoşununa hücumlar edib, hər gün onlara külli zərərlər yetirib və qənimətlər gətirərlərdi. Mərhum Mirzə Camal yazır ki, o vaxtda mən özüm xan hüzurunda var idim və hər gündə vaqe olan əhvalatı və vəqayeyi bilirdim. Şul vaxt Qarabağ əhli müsəlman və erməni küllü-qoşun və cəmiyyət xan hüzurunda var idi. Ağa Məhəmməd şah bir gün mərhum İbrahim xanı qorxutmaq və bikamal hesab edib sataşmaq üçün bu fərdi münasibi-məqam bilib, divani-qəsaidi - Seyid Məhəmməd Şərar [5] təxəllüsdən intixab edib İbrahim xana yazdı:

Beyt:

Ze məncənəqi-fələk səngi-fıtnə mibarəd,
To əblahanə gerefti miyani-şişə qərar.
(Fələk mancanağından fitnə daşlan yağır,

Sən axmaqcasına şüşədə qərar tapıbsan).

Bu kağız mərhum xana yetişən kimi, verdi öz nədim hüzuru və vəziri-müşir məmləkəti olan Axund Molla Pənah Vaqif təxəllüsə. Mütaliə edib haman dəmdə bu beyti o məktubun dalısına yazıb geri qaytardı.

Beyt:

Gər nigahbani mən an əst ke, mən midanəm,
Şişə ra dər bəğəli səng nigəh midarəd.
(Məni saxlayan mən tamdığımdırsa,

Şüşəni daşın qoynunda salamat saxlar).

Vəqti ki, Ağa Məhəmməd şah bu kəlamatı görəndə son dərəcə qəzəbnak olub haman səat əmr eylədi ki, ildırım kimi olan əjdaha ağızlı toplara od qoydular və qala canibanə atdılar ki, o sədəmələrdən neçə evlərin divarı dağıldı. Amma hər nə qədər hay-küy və qırr-vırr oldusa, hərkiz mərhum xan xaif və hərəsan olmayıb nəzərə almazdı.
Əlqissə, otuz üç gün müddəti ki, Ağa Məhəmməd şah orada ordu edib əyləndi. Hər gün və gecə Qarabağın müsəlman xalqının atlı və piyadəsi fövc və dəstə-dəstə meşələrdə və Araz kənarından qala kənarınadək yollarda orduya gələn azuqə karvanını və ota və ələfə çıxan qoşun əhlini tutub öldürüb, at və ulaqlarını qarət və özlərindən bəzilərini əsir və dəstgir edib xan hüzuruna gətirirlərdi. Şul vaxtda qalada azuqə və tədarük və top və tüfəng və barıt və qeyri hədsiz idi. Hətta Qarabağın quldurları gecələr Ağa Məhəmməd şahın ordusuna girib xanların və sərkərdələrin çadırlarını qarət edib götürərdilər. Dəvə və at və qatır o qədər götürərdilər ki, yaxşı at on manata və dəvə altı manata və qatır dörd manata alınmazdı. Ağa Məhəmməd şahın qoşununa, at və ulaqlarına külli zərərlər olub və çox qoşun adamları qətlə yetişib, o cümlədən hərçəndi ki, ordunun ətrafını yaxşı möhkəm bürclər tərtib etmək ilə xeyli müstəhkəm etmişdilər ki, məbadə Qarabağın qoşunu gecələr şəbixun gətirələr. Ba vücud bu yenə əramineyi-mahali-Vərəndə piyadaları ki, Məlik Şahnəzərin böyük oğlu Məlik Cəmşid onlara yüzbaşı idi və xan hüzurunda olardılar və həmişə ata-babadan onlar Pənah xana və İbrahim xana sədaqəti-tamam ilə sədaqət göstəriblər. Hətta ki, Məlik Şahnəzər öz qızı Hurzad xanımı İbrahim xana övrət verib, kəbin etmişdi. Ba vücudinki erməni məzhəbində olmazdı. Əlqissə, haman Malik Cəmşid yaxşı yüzbaşılar ilə bir gecə Vərəndə piyadəsini götürüb Şuşa çayının ətrafında olan səngəri və bir möhkəm bürcü ki, Ağa Məhəmməd şahın və xassə fövcünün tüfəngçiləri mühafizət edirlərdi, dağıdıb və zor ilə qələbə edib, içində olan mühafizət edənləri ki, altmış nəfərdən ziyad imişlər, təmamən qətlə yetirib, başlarını və iki-üç nəfər dəxi diri adamlarını haman gecə sübhə yavuq mərhum İbrahim xanın hüzuruna gətirdilər. Xan dəxi şul Vərəndə piyadələrinə külli ənam verdi. Bu növ ilə qarabağlılar gecə və gündüz aram və asayişi qızılbaş qoşununa haram edirdilər və bu 33 gün müddətdə üç-dörd dəfə şah külli olan qoşunu qala üstə məmur etdi. Bir dəfə özü dəxi əzim olan cəmiyyət ilə Şuşa çayından qala tərəfinə keçib, qala üstə yürüş gətirmək üçün səy və təlaş etdilər. Amma bu tərəfdən çevik olan piyadalar və qoçaq olan səvarələr və rəşid və nami olan sərkərdələr müqabilə gedib, mərdanə davalar edib, mane oldular və qala almağa qoymayıb, basıb geri qaytardılar. Əlqissə, Ağa Məhəmməd şah baxdı ki, qala müsəxxər etmək mütəzzur olmur. Çiləbörd mahalının məliki, Məlik Məcnun və Gəncə hakimi Cavad xan ki, msabiqən məzgur oldu, gəlib şahın hüzurunda idilər. Onlar hər ikisi şaha dəlil oldular. Şah çoxlu məğlubiyyət və pərişanlıq ilə səmti-qaladan köçüb, qaladan beş ağac kənar olan Qara təpə mənzilində ki, Ağdam səmtində vaqedir, ordu eylədi. Həqiqət özünü mühasirədən xilas eylədi və bir ay müddəti dəxi şul mənzildə olub qoşunu at və ulağı rahat və aram tapıb, bəd əz an Gürcüstan təsxirinə azim oldular. Mərhum İbrahim xan şah hərəkət edəndən irəli bu xəbəri valiyi-Gürcüstan İrakli xana məlum eyləmişdi ki, Ağa Məhəmməd şah qalanı tutmaqdan aciz olub, qoşununa və at-ulaqlarına külli zərərlər yetişib. İndi məsləhət görüb ki, bu zərər və məğlubiyyətini o səmtlərdən dürüst etsin. Pəs o tərəfə yönəldi ki, o yerləri qarət və zəbt etsin. Gərəkdir ki, bunun zəbt və fəsad şərrini dəf etməklik tədarükünə məşğul və hazır olasınız.
Pəs Ağa Məhəmməd şah hər yerdə Cavad xan gəncəlinin və Məlik Məcnun məliki-Çiləbördün bələd və pişrövliyi ilə Tiflisə tərəf yönəldi. Elə ki İrakli xan vali bu xəbəri istima etdi, tədarük əzmində olub, Başıaçıq valisi Süleyman xana [6] ki, öz nəvadəsi idi və sair övlad və yaxınlarına ki, Gürcüstanı qismət eyləmişdi, tamamına əhvalatı məlum edib, istimdad qıldı və kömək istədi. Çünki vali özü qocalıb kuhənsal olmuşdu və sinni və yaşı yetmişdən keçmişdi. Amma bunun ilə yenə düşmənin dəfində və cəngü davada çalışqan və cəhd edirdi. Amma o ki oğlanları və övladı var idi, bir-birlərilə aralarında ədavət və ləcacət və küdurət vaqe olmuşdu. O səbəbə heç birisi kömək qılmayıb, valinin sözünə və hökmünə mültəfit olmayıb gəlmədilər, səvayi Süleyman xan ki, dörd min qoşun cəm edib vali hüzuruna köməyə göndərmişdi. Hərçənd ki, qalan övladına vali təkid və təkrar ilə hökmlər və kağızlar və sifarişlər etdisə, heç birisi baxmayıb, köməyə və davaya gəlmədilər və valinin əmrinə qulaq asmadılar. Ancaq ləhu və ləəb zənanə ilə kisvəti-mərdanəlikdən ari olub, eyş-nuşə məşğul olurlar. Axır vali naçar olub, haman dörd min adam ilə Ağa Məhəmməd şahın müqabilinə əzm edib və gəlib Qazax və Borçalı mahalının İncə çayı (kənarında) düşdü və camaatı Qazaxdan və qeyri ilatdan həm bir qədər səvarə və atlı qoşun tədarük edib, oradan yenidən hökmlər və təkidlər övladına yazıb, kömək təklif və təkrar etdi və hərçi gözlədi ki, kömək gəlmədi. Ağa Məhəmməd şah dəxi gəlib Gəncəyə yetişdi və daxiliGəncə oldu. Bali labüd və laəlac olub, ehtiyatən qayıdıb. Övrəti Dede Valini [7] Tuşetiyə ki, bir nıöhkəm məhəl idi, göndərib və özü haman az adam ilə Tiflisdə qaldı. Elə ki Ağa Məhəmməd şah köç bir köç gəlib Soğanlığa yetişdi, orada gecə mənzil edib, sübhü şəhərə yürüş binası qoydu. Vali dəxi haman qəlil cəmiyyəti ilə müqabil gəlib cəbbəxana və toplar ilə davaya başladı. Çünki o qədər Seyli-əzimə bu az adam tab gətirmək məqdur deyildi. Axır dörd tərəfdən ləşkər şəhəri əhatə edib, nikini-ənguştər kimi araya aldılar. Vali sarsılıb, dəxi imarətinə daxil olmaq fürsəti də bulmayıb, bir nəfər atlı və bir nəfər qatırçı ilə Hallavar körpüsündən keçib fərar edən və heç yerdə davam etməyib, Qara-qalxan dağlarına getdi. Süpahi-Qızılbaş şəhri-Tiflisə daxil olub, Darüssüruru (Tiflisi) matəmsəra etdilər [8] Belə ki, hər simbər bir divpeykörə düçar və hər mahru bir sitəmkərə giriftar oldu. Qərəz ki, az müddətdə çox sitəmlər etdilər və şəhəri yandırıb, qarət və qənayimi-kəsir və hədsiz olan kəsb və əsir götürüb, getdilər. Elə ki oradan müavidət edib Kürün kənarı ilə Cavad kəndinin həvalisindən Arazı ubur edib Muğanın geniş səhrasında düşüb bənayi-qışlaq eylədilər ki, qışı orada qışlayıb, yazda yenə dübarə Qarabağa, qala üstə gələlər. Onlar bu əzmdə ikən, vali İrakli xan dəxi Tiflisdən qaçıb gedib Tuşetdə öz övlad və yaxınlarını cəm edir və onlar ilə məsləhət və məşvərətlər qılır. Axır təmhid bu məqama müncər olur ki, vali deyir: “Bundan soma mənim ömrüm keçibdir. Dəxi ru görməzəm ki, bu halımda Ağa Məhəmməd şaha xidmətgüzar olub itaət qılam. Ancaq səlah budur ki, öz övladımın birisini sizin ilə Ağa Məhəmməd şahın hüzuruna göndərəm və aramızda saziş və birlik olmaq üçün zaval verəm və özüm fərağət ilə oturam”. Bu günə məsaleh və müahid əzmində idilər ki, bu əsnada xəbər gətirdilər ki, Ağa Məhəmməd şah bu sayaq ilə qarət və əsir və kəsb və sitəmlər etdi və şəhəri dəxi yandırdı və xarab edib, qayıdıb getdi. Elə ki vali macəra və əhvalı bu növ eşidib və görəndə dəxi bu tədbir və məsləhətləri bərhəm edib, götürüb oradan bir Rusiya dövlətinə ərizeyi-ixlasi-fərizə və böyük imperatur həzrətlərinə [9] yazıb, mədəd və kömək təmənnası qıldı. Ağa Məhəmməd şahın zülm və cəfaların dəxi dərc edib, ianət və imdad mültəmis oldu. Vəqti ki, ərizeyi imperaturiyyə-üzma Yekaterina astani-mədilət bünyaninə yetişdi, padşah Yekaterina aciznəvazlıq məqamına gəlib əmr eylədi ki, general anşef qraf Valerian Zubov [10] qoşun ilə Gürcüstana gəlsin. Zubov ləşkər və əsasi-tamam və tədarükati-şayəstə və malakəlam ilə vilayəti-Gürcüstana, valinin kömək və imdadı üçün Rusiyətdən azim olub köç bir köç gəlməyə məşğul oldu. Ağa Məhəmməd şah dəxi o qışı Muğanda qışlaq edib əyləndi ki, bahar fəsli olanda yenə Qarabağa qala üstə gələr. Amma haman ili Şiraz və Kirman vilayətlərində şüriş və inqilab əmələ gəlib, Ağa Məhəmməd şaha xəbər yetişdi ki, Lütfəli xan Zənd ki, o da bir rəşid və səxavətli və səbahətli nami cavan idi, Kirman vilayətində sahibi-daiyyə və istibdad olub və Ağa Məhəmməd şaha yağı olmaq binası başlayıbdır. Pəs bu əxbari-vəhşətəfpayə görə Ağa Məhəmməd şah o yazı Qarabağa gəlməyi mövquf salıb, yolunu İraq və Fars və Kirman canabinə çevirib, o vilayətləri islah etmək və Lütfəli xana müqabil getmək binasını ilzəm və müqəddəm bildi. Çün o ildə Ağa Məhəmməd şah Fars və Kirmana mütəvəcceh olub, bu nahiyələrdən uzaq və kənara getdi. Haman ilin bahar fəslində mərhum İbrahim xan Gürcüstan valisi İrakli xana dəxi təklif eyləyib və Dağıstandan dəxi ləzgi qoşunundan kömək götürüb, gedib şəhriGəncəni mühasirə eylədilər. Bu səbəbə görə ki, Tiflis şəhərinin xarabaçılığına Cavad xan gəncəli bais olmuşdu. Pəs bir az müddətdə Cavad xan dəxi rəyə gəlib, mərhum İbrahim xana itaət eylədi və öz oğlunu və bacısını həm İbrahim xana zaval verib, əhdi şərti-müvekkid və şərt və möhkəm qıldı ki, bir dəxi əbədən mərhum İbrahim xanın itaət və məhəbbətindən birun və kənara olmaya. Haman davada dəxi Çiləbörd məliki, fitnə-fəsadçı olan, şər işlərlə məşğul olan Məlik Məcnun öldürüldü.

Qeydlər

[redaktə]
  1. Kərim xan Zənd 1779-cu ildə ölmüşdür. Yuxanda 1206 hicri - 1791 miladi ili səhv olaraq
    göstərilmişdir.
  2. Ağa Məhəmməd xan Qacar (1779-1797-ci illərdə) İranda hökmdarlıq etmişdir.
  3. Mətndəl 280 hicri (1863 miladi ili) səhv getmişdir. Ağa Məhəmməd şah Azərbaycanın cənub hissələrini 1791-ci ildə özünə tabe etmişdir.
  4. Ağa Məhəmməd Qacar 1795-ci ildə Şuşa üzərinə hücum etmişdir.
  5. Şirazlı şair Seyid Məhəmməd Ürfi nəzərdə tutulur.
  6. İmeretiya valisi Solomon nəzərdə tutulur.
  7. Dede Vali (Dede Valo) II İraklinin arvadı Dariya Georgiyevnadır.
  8. Ağa Məhəmməd şah Qacar qoşunu Tiflisə 12 sentyabr 1795-ci ildə girmişdir.
  9. Rusiya çarı II Yekaterina (1762-1796) nəzərdə tutulur.
  10. Qraf Valerian Zubov 1796-cı ildə Azərbaycana gələn rus qoşunlarının başçısı idi.