Kitabi-tarixi Qarabağ/Səkkizinci fəsil

Vikimənbə saytından
Jump to navigation Jump to search
Kitabi-tarixi Qarabağ/Yeddinci fəsil Kitabi-tarixi Qarabağ Səkkizinci fəsil

Kitabi-tarixi Qarabağ/Doqquzuncu fəsil
"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,
FƏTƏLİ XAN ƏFŞAR HAKİMİ URMİYA

QARABAĞA QALA ÜSTƏ GƏLMƏYİNİ VƏ
MÜHARİBƏ EDİB BİR ZAT BARIŞMAYIB,
AXIRI MƏKR VƏ HİYLƏ İLƏ İBRAHİMXƏLİL
AĞANI ƏLƏ GÖTÜRÜB URMİYƏYƏ
APARMAĞINI VƏ PƏNAH XANIN

XATİMEYİ-KARINI BƏYAN EDƏR

Çün Məhəmmədhəsən xan Qacarın xatimeyi-karı və müqəddi-meyi-əhvalı həmin qərar ilə oldu, necə ki, fövqdə mərqum və bəyan olundu. Onun o qəziyəsindən sonra urmiyalı Fətəli xan Əfşar ki, Nadir şahın ümdə və namdar olan sərdarlarından idi, Urmiya vilayətində iddia və dəbdəbə sahibi olub bir qəlil müddətdə təlaş edib, təmam Azərbaycanın torpaqlarını zəbt etdi. Ondan əzm qıldı ki, bu vilayətləri öz əlinə gətirsin. Pəs neçə kərrə mərhum Pənah xanın yanına yaxşı dil bilən mötəmid və mötəbər elçilər və kağızlar və peyğəmbər göndərib öz itaət və ittihadına dəvət eylədi. Çün mərhum Pənah xan şöylə sərdarlara itaət etməyi həqiqətdə özünə ar və xiffət bilirdi. Onun göndərdiyi kimsələrdən (biri ilə) çox sanballı olan kəlmələr göndərib (Fətəli xanın) təklifini rədd etdi. O, (Fətəli xan) dəxi qeyzə gəlib elçiləri şöylə qəliz xəbərlər ilə gəldiyindən sonra cəmiyyəti-təmam və ləşkəri-malakəlam Azərbaycandan və Urmiyadan və qeyrilərdən münəqid və mühəyya qılıb Pənah xanı dəf etmək üçün Şuşa qalasını təsxir etməyi çeşmdaş edib Qarabağa ilqar etdi və gəlib qalanın bir ağaclığında Ballıca çayı ilə Xacə Əlili çayının arasında düşüb, orada səngər tərtib edib ordu eylədi ki, indi onun səngərlərinin yeri və asari hənuz məlum və xalq arasında Fətəli xan səngəri derlər məşhurdur. Orada ordu qayırıb mühəyyayicəng oldu. O tərəfdən Talış və Çiləbördün məlikləri ki, Pənah xan ilə batinən ədavətləri var idi, Fətəli xanın yanına gəlib ona kömək və bələd və mütəhərrik oldular. Qərəz, altı ay müddəti oturub, hər neçə gündən bir dəfə Fətəli xanın qoşunu ilə Pənah xanın (qoşunu) aralarında dava və müqatilə vaqe olardı. Hər bir kərrədə Pənah xanın qoşunu qızılbaş qoşununa faiq olurdular.
Əlqissə, bu müddətdə Fətəli xan bir iş qayıra bilməyib günbəgün öz qoşununun əhvalında isrət və şikəst müşahidə qılırdı. Axirül-əmr bir gün təmami-qoşunun nəki atlı və piyadə var idi və həmin Talış və Çiləbörd məliklərinin dəxi özləri və təvabeləri ittifaq edib heyəti-məcmuə ilə həmləvar və cəmiyyəti-təmam ilə qala üstə yürüş başladılar. Gəlib çayı keçib qalanın yarım verstliyinədək yetişdilər. Bu tərəfdən dəxi Pənah xan rəşid və nami və karaməd cavanları ilə və ilatın və Xaçın və Vərəndənin yaxşı çabuk və zirək tüfəngçiləri ilə əzmi-müqabilə edib və bir tərəfdən dəxi ilat camaatının rəşid atlıları ilə Pənah xanın qardaşı uşağı və övladları və qohum-əqrəbaları hücumavər oldular. Cəngi-əzim vaqe olub Fətəli xanın qoşununa şikəsti-fahiş yetirdilər. Oradan Fətəli xan məqsədinə çatmamış geri qayıdıb vəqti-müavidətdə bərk və dərin olan dərələrdə və möbərlərdə onları tutub öldürməyə əl açdılar. Ta Fətəli xanın ordusundan kimi tutmaqdan və qırmaqdan dəstbərdar olmayıb təxminən iki minədək atlıdan və piyadadan o günü məqtul və dəstgir edib müraciət qıldılar. Fətəli xan xaib və xasir oradan peşman və pərişan gəlib ordusunda məqam və aram rutdu. Pənah xan dəxi kəsib və əsirləri götürüb mənsur və müzəffər qalaya müavidət qıldı. Çün Fətəli xan Əfşar bu gunə kar və ətvarı mülahizə edib və qış mövsümü dəxi yaxınlaşmışdı, fikir və tədbirlər edib, bənayi-məkrühiylə qoyub sülh və müsalihə tərhini ağaz eylədi. Pəs yaxşı əhlidil və kardan elçilər göndərib Pənah xan mərhuma qəliz and və qəsəmələr və təəhhüdlər etdi ki, bizim giriftar və əsir olanlarımızı mürəxxəs etsin. Dostluq və ittihad aləmində yol getsin. Doğruluq və yeganəlik üçün mən də qızımı onun böyük oğlu İbrahim Xəlil ağaya əhd edərəm ki, həmə vəqt dostluq və qohumluq və yeganəliyimiz bərqərar olsun ki, əbədən bir-birimizdən ayrı və kənar olmayaq və həm məşrut budur ki, İbrahim Xəlil ağanı dəxi buraya mənim yanıma göndərsin ki, orada şərbət və şirni içək və siğə-nikah cari etdirək. İki-üç gün də burada qalsın, ondan qayıdıb getsin. Dəxi bu, rin istihnamı üçün ki, Pənah xan dürüst xatircəm olsun. Üç nəfər də öz yaxın olan qohum və əqrəbalarından və namdar olan övladından göndərdi ki, ta İbrahim Xəlil ağa müraciət edənədək əvəz və girov rəsmilə Pənah xan saxlasın. Mərhum Pənah xan ki, bu cürə kələmat və təəhhüdatı istima etdi, onun şöylə qəliz andlarına və övlad və əqrəbalarını göndərməyinə etimad edib və qız verməyinə dəxi şad və xoşhal olub İbrahim Xəlil ağanı iki-üç mötəbər kəndxudalar ilə Fətəli xanın yanına və ordusuna rəvanə eylədi. Elə ki Fətəli xan eşidib qayətdə xoşdil və fərəhnak olub, neçə nəfər öz övladlarından İbrahim Xəlil ağanın pişvazına göndərib, İbrahim Xəlil ağanı izzət və ehtiram ilə və əsbabi-eyşü inbisat ilə daxili-ordu eyləyib, sözü nəvazəndə ilə məşğuli-eyşü sürur qılıb, saatın bədliyini bəhanə qılıb əyləndirdi. İki gün İbrahim Xəlil ağanı əsbabi-sürur ilə və izzətü hörmətlər ilə saxlayıb və hər gündə mükərrər mötəmid əşxaslar qalaya və rəngarəng şirnilər Pənah xana və evinə göndərirdi. Belə ki, onların qızılbaşlıq adətləridir ki, öz işlərinin səlahı üçün təarif rəsmi və zahiriləri çox edələr, adamı aldatmaq üçün. Qərəz ki, bu günə əməllər ilə tutulmuş əsirlərin və adamların dəxi xilas edib üçüncü günü oradan İbrahimxəlil ağanı və yanınca gedən kəndxudaları tutub məhbus var götürüb, köçüb yola düşdülər və ta Urmi vilayətinədək heç bir məkan və mənzildə təvəqqüf etməyib özlərini Urmiyyə qalasına yetirdilər. Pəs mərhum Pənah xan və Qarabağda olan məcmuə əkabir və əyan, bu müqəddimədən çox məhzun və pərişan olmaqdan bir fayda mütəsəvvar deyil idi. Ancaq təsi-tamam ilə oturub Fətəli xanın dəfi üçün və oğlunun və adamlarının xilası üçün fikr və əndişələr və məsləhətlər və tədbirlər edirdilər ki, görələr məsləhət nə ola ki, nagah bu əsnalarda nəsimi-mürad əsib və uğur qapısı açılıb “bimusəddaq izə əradə Allah şeyən həyya əsbəbəhi” [1] həqqi-təala bir səbəb ortaya salıb. Belə ki, pərvərdigari-aləmyan və xəliqü-ünsü can hər hal və hər zamanda vəfadar və doğru və həqq-güzar olan kimsələrə yarü müin və mehrəban və qəmküsardır Xüsusən tofiq və nüsrət o kəslər üçün kamil və şamildir ki, öz əhd və misaqlarında sadiq və sabit olalar və məkrü qədərü hilədən ki, ağibəti xəsarət və nidamətdir, pəhriz və ehtiraz qılalar. Necə ki, hükəmalar deyib: “Başqasına quyu qazan, özü düşər":

Beyt:

Ço çahi kəndə dər rəh ke, xəlqi-ra bər əndazi,

Nemitərsi əz-an ruzi ke, xod-ra dər miyan bini *

Əz qəzeyi-rəbbani bu hallarda Kərim xan Zənd ki, İraq və Fars məmləkətlərində sahibi-daiyyə olmuşdu və istiqlal və istedad bulmuşdu, Fətəli xan ilə bənayi-cəng və pürxaş qoyub öz qardaşı İskəndər xanı İraq və Fars qoşunu ilə Fətəli xanın rəf və dəfı üçün Azərbaycan sövbinə göndərdi. Fətəli xan dəxi bu xəbəri eşidib Azərbaycan və Urmiyyədən əsakir və cəmiyyət fərahəm edin İskəndər xan hənuz səmti-Azərbaycana gəlməmiş qoşun ilə onun müqabilinə əzm eylədi. Pəs həvaliyi-İsfahanda təlağiyi-fəriğin vaqe olub, İskəndər xan orada qətlə yetişdi. Kərim xanın qoşunu münhəzim olub fərari düşdü. Bəd əz an Fətəli xan mənsur və müzəffər İraq məmləkətindən bir para məkanlar həm təsərrüfə gətirib, oradan öz vilayətinə qayıtdı. Elə ki bu hadisə vaqe oldu, dəxi Kərim xan qayətdə qeyznak olub fars vilayətlərindən əzim olan qoşun cəm edib Fətəli xanın intiqamı üçün kəməri-himmət bağlayıb şiddəti tamam və Azərbaycan sövbinə azim oldu və hənuz-Azərbaycana gəlib yetişməmiş yoldan bir yaxşı mötəmid kimsəni mərhum Pənah xanın yanına göndərib, şəraitiməhəbbət və məvəddat və yeganəliklər təqdimindən sonra yazmışdı ki, “Çün Fətəli xan Əfşar qəddar və bədkirdir, bizim ilə nəinki düşmən, bəlkə qanlıdır və sizin ilə dəxi o növ əyyaranə hərəkətlər ki, heç kimsədən çıxmaz idi, əmələ gətirib yalan and içmək və əhd və iqrar edib sındırmaq və oğlunu məkrü qədərü hiylə ilə öz yanına aparıb götürüb qaçmaq ilə onu qürbətdə məhbus və sizi pərişan və məyus etmək işlərini tamam sizin həqqinizdə əmələ gətiribdir. Pəs lazımdır ki, nə qədər qüdrət və qüvvət və himmətin vardır, bizim ilə saziş və yarlıq etməkdən müzayiqə etməyəsən ki, həm o bədkarın mükafati-əməlinə görə intiqam və qisas və həm sənin oğlunu və adamlarını həbsdən xilas etmək müyəssər və məmul ola”. Çün Pənah xan bu növ vəsiləni həqqi-təaladan xahan və cuyan idi, bu günə hekayəti eyni-bəşarət və qənimət və səadət bilib haman dəm arastə olan qoşun Qarabağın adlı və rəşid olan atlılarından fərahəm qılıb sürəti-tamam ilə Kərim xanın yanına gedib, özü oradan Azərbaycana yetişincə onun ordusuna mülhəq oldu. Kərim xan dəxi onun mülaqatı ilə qayətdə şad və xoşhal olub, necə ki, lazımdır, hörmət və izzət və ehtiram və ziyafətlər edib. Bəd əz an hər ikisi müttəfiq olub Fətəli xanın dəfinə Urmiya vilayətinə mütəvəcceh oldular. Fətəli xan dəxi öz ziri-hökmündə olan vüayətlərdən qoşun cəm edib, tamam olan cəmiyyət ilə onlarla müqabil gəlib, hər iki canibdən tərhi-cəng başlanıb, davayi-əzim vaqe oldu. Axırül-əmr, Fətəli xan məğlubiyyətə düçar olub və Urmiya qalasına fərar qıldı və oraya sığındı. Bir az müddətdə təngnayi-mühasirədə qalıb, axır itaət etməkdən qeyri çarə görməyib və Kərim xan tərəfindən dəxi ümidnəvidlər hasil edib, qaladan çıxıb Kərim xanın yanına gəldi və qalayi-Urmiyanı təslim edib itaət qıldı. Kərim xan dəxi özünə Vəkil şahi-İran ləqəb qoymuşdu. Bu səbəbə ki, çün hənuz İran mülkündə padşahi müstəqil yox idi. Deyirdi ki, ta padşahi-təzə və layiq xücur və cülus edənə kimi mən İranda Vəkili-şahi-İranəm. O səbəbə görə Kərim xan Zəndə Vəkil derlərdi. Əlqissə, İbrahim Xəlil ağa ki, Urmidə məhbus var idi, Kərim xan hüzuruna gətirdib, ona at və qılınc və xələt verib və Qarabağ vilayəti üçün xanlıq və hökumət fərmanı verib ezazi-tamam ilə əyaləti-Qarabağa mənsub edib, Rəvanə eylədi. Pənah xandan dəxi lütfü mehribanlıq ilə xahişmənd oldu ki, bir neçə vaxt gərək mənim yanımda olasan ki, sənin ialət və sədaqətinə əvəz və təlafi edəm. Onu hər hal ilə razı edib, öz hüzurunda Şiraz vilayətinə apardı. Fətəli xan Əfşan həm öz yanınca ittifaq aparırdı. Qərəz, yol gedirdilər. İsfahan həvaləsinə güzar düşüb, haman məkana yetişdilər ki, Fətəli xan ilə İskəndər xan müharibə qılmışdılar və orada Kərim xanın qardaşı İskəndər xan qətlə yetişmişdi. Kərim xanın validəsi o yolda hərçənd ki, pərakəndə xatir olub Kərim xana çox israr etdi ki, bu Fətəli xanı gərək İskəndər xana mülhəq edəsən və vücudunu bizim nəzərimizdən məlum qılasan. Amma Kərim xan öz əhd və iqrarını sındırmayıb və o sözlərə riza və mültəfit olmazdı.
Əlhasil, vəqti ki, gəlib haman o mənzilə yetişdilər və o məqama düşdülər. Kərim xan Fətəli xandan sual eylədi ki: “Bu məkanı tanımırsan ki, haradır, ya yox?” Fətəli xan əhvalını bal etməyib cavab verdi ki: “Bəli, bu haman məkandır ki, İskəndər xanın afitabi-ömrü məğribi-fənayə yetdi və burada məqtul olub aləmi-üqbayə getdi”. Elə ki Kərim xan Fətəli xandan bu cür cavabi-nasavabi eşidəndə, bir növ təğyiri-hal və mükəddər əhval oldu ki, yaxın idi ki, qəlbi çak və qeyzü qüssədən həlak ola. Dəxi (Kərim xan) bu münasibətsiz cavaba tab gətirməyib, dərhal orada Fətəli xanı qətlə yetirib, aləmi axirətdə qardaşı İskəndər xana qovuşdurdu. Ondan bir neçə gün yol gedib ta ki, Pənah xanın ittifaqı ilə Şiraz şəhərinə varid oldular və orada daxili-şəhr və imarət olandan sonra eyşü-işrətə və ləzzəti söhbətə məşğul oldular və İbrahim Xəlil xan dəxi Urmiya məhbəsindən xilas olub və Kərim xanın fərmanı ilə hökumətə mənsub olub, gəlib daxili-Qarabağ oldu. Burada gəlib xanlıq taxtında əyləşib, təməkkün buldu və tamam əhaliyiQarabağ və bir para əlavə vilayətlər İbrahim xana dəxi müti və münqad olub beduni-itaəti-əhdi hökmüranlıq qılıb kəlami-istiqlal ilə hökumət qıldı. [2] Pəs mərhum Pənah xan az müddət Şiraz şəhərində ki, Kərim xanın darüssəltənəsi idi, söhbət və işrət ilə onun yanında qaldı. Bundan sonra qəzayirəbbani varid olub, əcəl yetişib Şirazda həqq-təalanın rəhmətinə vasil oldu və oradan onun nəşini kəmali-ehtiramla götürüb Qarabağa, öz halal və zərxərid olan mülkü Ağdam torpağında mədfun etdilər (Rəhmətullah əleyhi) [3] . Ondan pareyivəqaye və işlər ki, üz verib məlumdur ki, Nadir şah vəfat edəndən sonra on iki il müddətində Pənah xan Qarabağ vilayətində hökumət edib, sahibi-kar və ixtiyar olubdur. Öz əyyami-əhdində günbəgün tərəqqi və bəxt və nüsrət hər tərəfdən Pənah xana ruyi avər olub və məmləkəti-Azərbaycanın çox vilayətlərinə hökmü nüfuz edib ona itaət edərdilər.

Qeydlər[redaktə]

  • Yolda quyu qazmısan ki, xalqı (ora) salasan

O gündən qorxmursan ki, özünü orada görəsən (farscadan tərcümə).

  1. Doğrudur ki, əgər Allah bir şey (etmək) istəsə, onun səbəblərini də (qabaqcadan) hazırlayar (ərəbcədən tərcümə).
  2. Burada əlyazmadan (B-518) iki vərəq (30ab-31ab) düşmüşdür. Bu çatışmayan hissəni biz başqa nüsxədən (şifr M-195; 61b, 62ab, 63a vərəqlərində) transliterasiya etmişik.
  3. 2 Əslində isə Kərim xan Zənd Pənah xanın günü-gündən artan hörmət və qüdrətindən qorxub, onu hiylə ilə Şiraza gətirib Qarabağa buraxmamışdır. Pənah xan 1760-cı ildə Şirazda vəfat etmişdir.