Kuhikən künd eyləmiş min tişəni bir dağilən
Görünüş
Kuhikən künd eyləmiş min tişəni bir dağilən Müəllif: Məhəmməd Füzuli |
Kuhikən künd eyləmiş min tişəni bir dağilən,
Mən qoparıb salmışam min daği bir dırnağilən.
Qəm yolunda mən qalıb, getdisə Məcnun, yox əcəb,
Sayruya düşvardır həmrəhlik etmək sağ ilən.
Gərdi-rahın verməsə göz yaşinə təskin nola,
Tutmaq olmaz böylə seylabın yolun toprağilən.
Qəm oğurlar eşq bazarında nəqdi-ömrümü,
Qılmaq olmaz sud sevdadə yaman ortağilən.
Rövzeyi-kuyində bulmuşdur Füzuli bir məqam
Kim, ona cənnət quşu yetməz min il uçmağilən.