Ləbin fərəh gətirir könlümə şərab kimi
Görünüş
Ləbin fərəh gətirir könlümə şərab kimi (1932) Müəllif: Novruz Ağayev |
Ləbin fərəh gətirir könlümə şərab kimi,
Həyat bəxş qılır ruyun afitab kimi.
Səni görəndə rəqib ilə bəzmi-işrətdə
Yanar konül həsəd oduna bir kabab kimi.
Səninlə eyşü-səfadə keçirdiyim günlər
Gəlir xəyalıma, ey mahçöhrə, xab kimi.
Yarar güli-tərin üstündə əndəlib otura,
Nədir üzündə durub zülf bir qurab kimi?
Fəvayi-pürxətəri-eşqin içrə seyr edənin,
Gözünə vəsl görünməkdədir sərab kimi.
Bilirmi ləzzəti-eşqi məğazı yox kişilər
Əgər onu içə min dəfə gündə ab kimi?
Rümüzi-eşqi-təcəllayi-hüsni-tələti-yar
Durubdu sinəyi-Neyyirdə bir kitab kimi.