Məzmuna keç

Ləblərin

Vikimənbə saytından
Ləblərin
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Ey gözəl, tellərin yıxdı evimi,
Bürünmüşdü al duvağa, ləblərin!
Rahat qoymur bir dəm xumar gözlərin,
Salmış məni daşa, dağa ləblərin!

Şeri-gözəl mən söylərəm şanma,
Olsun varım qurban sənin canına,
Mən yetiməm, bir al məni yanma,
Gəlsin onda kef, damağa ləblərin!

Şipşirindi dilin, məmən yeməli,
Sana Leyli, Əsli, Şirin deməli,
Ağ bədəndə incə bel, gül məməli,
İşıq alır al yanağa ləblərin!

Tər qönçəsən, axır xarın olmasa,
Bir laçınsan, sarı sarın olmasa,
Mənim kimi can-nisarın olmasa,
Düşər ol dəm çox sorağa ləblərin!

Olsun fəda mülkü-malm zülfünə,
Çəkər məni dərd, xəyalım zülfünə,
Heyran oldum mən, a zalım, zülfünə,
Qoymur ancaq danışmağa ləblərin!

Qurbani der: bəsdi məni puç etdin,
Aldın ağlım əldən, dəli, gic etdin,
Zəhmətimi, həm səyimi heç etdin,
Axır saldı qara dağa, ləblərin!