Məzmuna keç

Ləblərin tək ləlü ləfzin tək düri-şəhvar yox

Vikimənbə saytından
Ləblərin tək ləlü ləfzin tək düri-şəhvar yox
Müəllif: Məhəmməd Füzuli


Ləblərin tək ləlü ləfzin tək düri-şəhvar yox.
Ləlü gövhər çox, ləbin tək ləli-gövhərbar yox.

Səndən etmən dad: "cövrün var, lütfün yox" deyib,
Məsti-zövqi-şövqünəm, birdir yanımda var, yox.

Kimə izhar eyləyim bilmən bu pünhan dərdi kim,
Var yüz min dərdi-pünhan, qüdrəti-izhar yox.

Dövr sərməsti-şərabi-qəflət etmiş aləmi,
Bunca sərməstin tamaşasinə bir hüşyar yox.

Xəlqi mədhuş eyləmiş xabi-şəbi-tuli-əməl,
Sübh təhqiqi əlamətinə bir bidar yox.

Surəti zibasənəmlər yox demən bütxanədə,
Var çox, əmma sənə bənzər büti-xunxar yox.

Ey Füzuli, səhldir hər qəm ki, qəmxarı ola,
Qəm budur kim, məndə min qəm var, bir qəmxar yox.