Məzmuna keç

Ləzgi

Vikimənbə saytından
Ləzgi
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Nə gözə! bir işdi, ya Reb, bu işe dayana ləzgi,
Asa xəncərin, həmışə, o sayaq dolana ləzgİ.

Basa yayda, qışda daim başına o qılh börkü,
Düzə vəznəni kefıncə, geyə əyninə o, kürkü,
Olub indİ çünki dünyahamı işde hərki-hərki,
Niyə milli paltanndan erinə, utana ləzgi?

Neçə ildi dincəlibdir, yatıb istirahet ilə,
Meşələrdə, dağda ömrün keçıribdi ləzzət İlə,
İşi yoxdu mekteb ilə, nə rücuu sənət ilə,
Gedib əlləşə uzun gün, yorulub usana lezgi.

Şamilin zamanı keçdi, o bir ayn alem idi,
Kişidə olan sefahet hamıya müsəllem idi,
Eyləməzdi rehm özünə, davakar bir adəm idi,
Ne revadtr əldə tutsun onu bir behanə ləzgi?

O zaman genə sağ olsun, neçasi dönüklük etdi,
Gire verdı həmqatann, baş alıb kənara getdi,
Biləsen, Hacı Muradt necə yaxşı işlər etdi,
Yeri var təfaxür etsin elə pəhləvanə lezgi.

Necə bizdə şiə, sünnü həməvaxt edir refaqət,
Oların İçində də var, dəxi başqa bir sədaqət,
Heməvaxt avarlar eylər qumuğa böyük məhəbbət,
O məhebbetin ucundan gərək arxalana ləzgİ.

Hamı birbezin qırağıdır, şükür, bizim müsəlman,
Ya tatar, ya laz, ya inquş, asetin, ya sart, ya türkman,
Sevinir, gülür ürəkdən otan görəndə insan.
Yaşa, gəlməyib sənin tək bİr igİd cəhanə, ləzgi.

Yaşamaqlığın cahanda necə gör tapıbdı fəndin,
Hara bağlasan durandtr, dəxi qırmaz öz kəmendin,
Nəyinə gərəkdi bilsin dilini bu kend o kəndin,
O qədər müqəyyəd olmaz, yavumaz lisanə lezgi.

  • “Molla Nasrəddin". 28 mart 1913. N 10