Lәli-lәbin ki, xәlq deyirlәr şәrab ona
Görünüş
Lәli-lәbin ki, xәlq deyirlәr şәrab ona Müəllif: Bahar Şirvani |
Lәli-lәbin ki, xәlq deyirlәr şәrab ona,
Xasiyyәti-şәrab tapar yetsә ab ona.
Şirin lәbin ki, lәl ürәyin qanә döndәrib,
Yoxdur üzündә qanı, deyәn lәli-nab ona.
Görmәk şüai-arizini kimdә tabi var,
Bitablıq edib nә salırsan niqab ona?!
Gündәn-günә saraldı, görüb hüsnünü yenә,
Girmәz yerә ki, qarşı çıxar aftab ona.
Nәfyi-vücudi-nöqteyi-mövhum edәr hәkim,
Ağzın deyәydi kaş açılıb bir cavab ona.
Zahid ki, eşqi küfr deyib hökm edәr, Bahar,
İmanә gәlmәz, oxuyasan min kitab ona.