Məzmuna keç

Laçın (el mahnısı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Laçın
Müəllif: Şifahi xalq ədəbiyyatı


Araz üstə buz üstə
Kabab yanar köz üstə.
Qoy məni öldürsünlər
Bir ala göz qız üstə.
Nəqərat:
Ay Laçın, can Laçın.
Mən sənə qurban Laçın.
Ay Laçın, can Laçın
Gəl səni götrüm qaçım.

Alma atdım nar gəldi,
Kətan köynək dar gəldi.
Qapıya kölgə düşdü
Elə bildim yar gəldi.
Nəqərat
Baxçalann ban gül,
Yan qönçə, yan gül.
Gec açıldın, tez soldun
Olmayaydm ban gül.
Nəqərat: