Leyli və Məcnun (Əndəlib Qaracadaği)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Leyli və Məcnun
Müəllif: Əndəlib Qaracadaği
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.
Wikipedia logo Leyli və Məcnun (Əndəlib Qaracadaği) haqqında Vikipediyada məqalə var.

LEYLİ VƏ MƏCNUN
məsnəvi
DİBAÇƏ


...Gənclik günlərində on dörd yaşında ikən Qaracadağ mahalının Əhər
qəsəbəsində Leyli kimi bir gözəl sənəmə düçar olub, ona eşq yetirdim. Rəhmsiz
eşq o dərəcədə tüğyan elədi ki, onu təsəvvür etmək qeyri-mümkündür. Mənim
kamil ustadım eşq oldu. Allah taalanın qüdrətindən mənə söz söyləmək (şeir
demək) nitqi verildi və mən aləmdə bülbül kimi tərənnümə gəldim. Əndəlib adı
ilə məşhur oldum. İşin əvvəlində məzəli türkülər (seirlər) yazdım. Mənimlə
məşuqənin arasında ittifaq düşən şeydən "Leyli və Məcnun " səyağında inşa
eləmişəm ki, yadigar olaraq qalsın və oxuyanlar məni bir dua ilə yad və şad
eləsinlər.

Məşşateyi-feyzi-süni-bari
Zinətlədi şahidi-bahari.

Dilbər kimi geydi rəxti-əhmər,
Saldı başa məcəri-muşəccər.

Gülşən geyinib libasi-diba,
Hürani-behişt tək sərapa.

Sərvi-çəmən oldu miri-məhfil,
Geydi qədinə qəbayi-yaşil.

Qumruyü təzərv olub həmavaz,
Ahəngi-müxalif etdilər saz.

Gülşəndə niqab açanda çün gül,
Bu şeri müdam oxurdu bülbül.

MÜXTƏSƏR SAQİNAMƏ

Ey saqiyi-gülüzar, bəsdir,
Naz etmə, keçir bahar, bəsdir.

Ver badeyi-xoşgüvar, içirmə
Zəhri-qəmi-nagüvar, bəsdir.

Tökdü meyi-ərğəvan üçün qan
Bu dideyi-əşkbar, bəsdir.

Ver badəni, rəfi dərdsər qıl,
Öldürdü məni xumar, bəsdir.

Ey saqiyi-səngdil, kərəm qıl,
Azari-dili-fikar, bəsdir.

Qurbanın olum, sən etmə barı,
Qıldı mənə zulm yar, bəsdır,

Hüsnün çəmənində Əndəlibəm,
Ey gül, məni etmə xar, bəsdir.

MƏŞUQƏ HAQQINDA MÜXƏMMƏS

Gördüm Əhərdə bir güli-rəna, əcəb-əcəb,
Cəlladü cansitanü dilara, əcəb-əcəb,
Olmuş nişani-hüsn hüveyda, əcəb-əcəb,
Salmış cahanə şurişü qovğa əcəb-əcəb,
Vəh-vəh, nə xoşmuş büti-ziba, əcəb-əcəb!

Ol bivəfa qılar nə qiyamət qiyaməti,
Hər baxış ilə məhv edər əhli-səlaməti,
Billah, bu zinətin yenə var çox əlaməti,
Hər dilşikəstə kim, görüb ol sərvqaməti,
Fəryad çəkdi, söylədi vah-va, əcəb-əcəb!

Qıldın düçar dərdə, fələk, bivəfaləri,
Gətdin bəlalı başıma yüz min bəlaləri.
Ey bivəfa, yolunda nə çəkdim çəfaləri,
Tərk eylədim rəfiqləri, aşinaləri,
Oldum qəribü bikəsü tənha, əcəb-əcəb!

Pəjmürdə qıldı sərsəri-qəm novbaharimi,
Əyyami-hicr əlimdən alıb ixtiyarimi,
Kəsdi fəraq rişteyi-səbrü qərarimi,
Bidərdlər eşitdi mənim ahü zarimi,
Tən ilə qıldılar nə tamaşa, əcəb-əcəb!

Ey Əndəlib, gülşəni-hicranü dərdü qəm,
Cövri-bəlakəşideyi-dövranü bəxti kəm,
Göz yaşını gülab kimi tökmə dəmbədəm,
Müşkülguşa Əmiri-ərəb, Xosrovi-əcəm,
Həll eyləsin bu müşgülü mövla, əcəb-əcəb!

Mənzilgəhi-hurdan qayıtdım,
Öz mənzilimdə qərar tutdum.

Gər dəşt mənimçün oldu zindan,
Məhbusu müqəyyədü pərişan.

Hər kimsəyə dərd qıldım izhar,
Gördüm ki, əlac yoxdu, zinhar!

Birisi deyir: Cünun olubdur,
Dindirmə ki, qeyrgun olubdur.

Birisi qılar bu növ tədbir:
"Divanələrə gərəkdi zəncir".

Az qaldı məni-şikəstəvü zar,
Zəncirə düşüb olam giriftar.

Qalmadı nə atəvü, nə anə,
Vurdum qamusin imtəhanə.

Biri mənə olmadı mədədkar.
Hicran günü qəmlərimə qəmxar.

Bica yerə cümlə döndü məndən,
Ayırdı fələk məni vətəndən.

Düşdüm yola bərkənar getdim,
Vəhşilər ilə qərar tutdum.

Əql ayinəsinə daş vurdum,
Məcnun yerinə baş vurdum.

Çəkdim gecələr bəsi fəğani.
Oldu adım Əndəlibi-sani.

Bir gün dolanıb şikar edirdim,
Fikri-qəmi-ruzigar edirdim.

Tikdim gözümü səvadi-rahə,
Söylərdim o badi-sübhgahə:

- Key badi-səba, apar pəyamim,
Dildarə yetir mənim səlamim.

Dərgahinə Əndəlibi-şeyda,
Söylə, neçə beyt etdi inşa.