Məzmuna keç

Möhnəti-eşq, ey dil, asandır deyib, çox urma laf

Vikimənbə saytından
Möhnəti-eşq, ey dil, asandır deyib, çox urma laf
Müəllif: Məhəmməd Füzuli


Möhnəti-eşq, ey dil, asandır deyib, çox urma laf,
Eşq bir yükdür ki, xəm olmuş onun altında qaf.

Olma xali dürdkəşlər söhbətindən, ey könül,
Gər dilərsən edəsən ayineyi-idrakı saf.

Sübhdəm zülfün dağıt, ya şam ərzi-ariz et,
Qoyma sübhü şam arasında təriqi-ixtilaf.

Rəşki-rüxsarın dili-xurşidə salmış iztirab,
Qeyrəti-qəddin mizaci-şəmə vermiş inhiraf.

Xaki-kuyin Kəbəyə nisbət qılan bilməzmi kim,
Bunda hərdəm, onda bir növbət olur vacib təvaf.

Vəhmim ondadır ki, mümkün olmaya qəmdən nəcat,
Fərric-il lahümmə həmmi, nəccini mimma məxaf.

Ey Füzuli, zahid ər dəvayi-əql eylər, nə syd,
Nəfi-zövqi-eşqdir cəhlinə eyni-etiraf.